Kuklaçılar festivala gedir
Azərbaycan Dövlət Kukla Teatrı dost Qazaxıstan Respublikasında keçiriləcək beynəlxalq teatr festivalında iştirak edəcək.
Bu barədə Adalet.az-a teatrın mətbuat xidmətindən məlumat verilib.
“Aktau – Türk Dünyasının Mədəniyyət Paytaxtı” layihəsi çərçivəsində keçiriləcək “NOMAD PUPPET” adlı I Beynəlxalq Kukla Teatrları Festivalı 9-14 sentyabr 2025-ci il tarixlərində Qazaxıstan Respublikasının Manqistau vilayətinin Aktau şəhərində olacaq.
Tədbir Türk Dünyası Mədəniyyət Təşkilatı (TÜRKSOY) və Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin təşkilati dəstəyi ilə baş tutacaq.
Yaradıcı heyət üzvləri qazax teatrsevərlər və münsiflər heyəti qarşısında tarixi irsimiz, soy kökümüzlə bağlı hazırlanan “Yalquzaq” tamaşasını nümayiş etdirəcəklər.
Yazıçı-dramaturq Məhbubə Hacıyevanın “Yalquzaq və Simurq quşunun nağılı” hekayəsi əsasında hazırlanan birhissəli uşaq tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Anaxanım Abdullayeva, quruluşçu rəssamı İqbal Əliyev, musiqi tərtibatçısı Əməkdar artist Vüqar Camalzadə, qum rəssamı Lalə Hüseynzadədir.
Tamaşada rolları Rəhim Rəhimov (Ata qurd), Ramiz Qəmbərov (Yalquzaq), Səbinə Məmmədova (Ana Qurd), Könül Nəsibova (Simurq quşu), Araz Həsənli (Baybora, Bala qurd) və Yasin Abbasov (Bala qurd) ifa edirlər.
Tanınmış teatr mütəxəssislərindən ibarət münsiflər heyəti qarşısında oynanılacaq iştirakçı tamaşalar - Manqistau vilayətinin hakiminin xüsusi mükafatı, eləcə də Qran-pri ilə dəyərləndiriləcəklər.
Həmçinin, iştirakçılar “Ən yaxşı rejissor işi”, “Ən yaxşı aktyor ansamblı”, “Ən yaxşı aktyor”, “ Ən yaxşı aktrisa” və “Ən yaxşı kuklacı” nominasiyalarında qalib elan ediləcəklər.
Digər Xəbərlər
05 Avqust 2026 13:28
Baba Mahmudoğlu: Ceyran bala - VİDEO
05 Avqust 2026 13:15
AĞDAM TOYU - RƏMİŞ YANĞISI - VİDEO
05 Avqust 2026 12:09
OQTAY KAZIMİ: İLK bəstəkarım
05 Avqust 2026 11:43
“Həmin məscidlərin hamısı rus-erməni işğalı zamanı məhv edilib”
30 Iyul 2026 18:07
"44" bədii filmi üzərində işi yekunlaşdırdıq" - Anar Ələkbərov
30 Iyul 2026 10:10
Zəka Vilayətoğlu: "Dənizə Yağan Yağış" - VİDEO
29 Iyul 2026 15:11
Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub
24 Iyul 2026 23:42


Bakı -°C

