Culfada ağır qəza - 4 nəfər öldü
Sentyabrın 12-də saat 05 radələrində Culfa rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Adalet.az xəbər verir ki, rayon sakini Qüdrət Quliyevin idarə etdiyi “BMW” markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişini hadisə yerində vəfat ediblər.
Qeyd edək ki, qəzada həyatını itirənlərin dördü də polis əməkdaşı olub.
Hadisə yağıntılı hava şəraitinə görə yolda avtomobilin sürüşməsindən baş verdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
22 Sentyabr 2026 12:41
Bağlı qapı arxasında qalan 2 azyaşlı belə xilas edildi - VİDEO
22 Sentyabr 2026 11:28
Bakıda tozlu hava neçə gün davam edəcək?
22 Sentyabr 2026 11:27
Bakı Konqres Mərkəzində yanğın baş verməyib - YENİLƏNİB
22 Sentyabr 2026 09:05


Bakı -°C

