“YAŞAT” Fondu beşinci “Məktəbli ləvazimatları” layihəsini reallaşdırıb - FOTOLAR
“YAŞAT” Fondunun təşkilatçılığı ilə beşinci dəfə “Məktəbli ləvazimatları” layihəsi reallaşdırılıb. Belə ki, yeni tədris ilinin başlanması ilə əlaqədar şəhidlərimizin 1-11-ci siniflərdə təhsil alan məktəbli övladlarına illik dərs ləvazimatlarından ibarət hədiyyə qutuları çatdırılıb.
Adalet.az xəbər verir ki, respublikanın bütün ərazisi üzrə 900-dən çox şəhidin 1500-dək övladı üçün qutu hazırlanıb və aidiyyəti üzrə çatdırılıb. Ümumilikdə məktəblilərin 800 nəfərə qədəri oğlan, 700 nəfərə qədəri isə qızdır.
Layihənin sponsorları bp, “NEQSOL Holding”, “Bakcell”, “Norm” ASC, “AzInTelecom” və Nar, dəstəkçilər isə Abşeron Logistika Mərkəzi, "Azərsun Holdinq"dir.
Uşaqlarımızın təhsil yolunu işıqlandırmaq və gələcəyə olan inamlarını möhkəmləndirmək bizim üçün sevinc və qürur mənbəyidir.
Qələbəni bizə yaşadanları YAŞAT!
Digər Xəbərlər
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

