Bakı Dəniz Limanı Almaniya şirkətləri ilə əməkdaşlıq imkanlarını müəyyənləşdirir
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) "Bakı Beynəlxalq Dəniz Limanı" MMC Almaniya Ticarət Palatası ilə potensial əməkdaşlıq imkanlarını müəyyənləşdirilmək və inkişaf etdirilmək niyyətindədir.
Bu barədə Adalet.az-a ADY-dən məlumat verilib.
Bildirilib ki, "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin direktoru Eldar Salahov Almaniyanın "Unitron" şirkətinin idarəedici direktoru və hüquqşünası Niko Hans Zibertlə və Ticarət Palatasının nümayəndə heyəti ilə görüşüb.
Səfərin əsas məqsədi Almaniyanın dəniz sənayesində tətbiq olunan qabaqcıl texnologiyaların təqdim edilməsi, bu sahədə fəaliyyət göstərən Azərbaycan şirkətləri ilə, həmçinin Bakı Limanı ilə potensial əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və inkişaf etdirilməsi olub.
Bakı Limanında keçirilən görüş zamanı nümayəndə heyətinə limanın texniki imkanları, inkişaf planları və statistik göstəricilər barədə məlumat təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.
Terminallara baxış zamanı Limanın əməliyyat imkanlarının genişləndirilməsi və bu prosesdə Almaniya şirkətləri ilə mümkün əməkdaşlıq imkanları da müzakirə olunub.
Digər Xəbərlər
15 Oktyabr 2026 09:42
Azərbaycan bu valyuta bahalaşdı - Rəsmi
13 Oktyabr 2026 18:11
İqtisadi Şuranın növbəti iclası keçirildi - FOTOLAR
13 Oktyabr 2026 11:49
"Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir" - İlham Əliyev
13 Oktyabr 2026 11:48
Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək
13 Oktyabr 2026 11:41
"Bu, əvvəlki ilə nisbətən 50 faizdən çox artım deməkdir" - Deputat
13 Oktyabr 2026 10:07
Uzaq Kambocadan nə alırıq?
12 Oktyabr 2026 19:00
Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik - Kobaxidze
12 Oktyabr 2026 09:20


Bakı -°C

