Lənkəranda narkokuryer həbs edildi
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Adalet.az-a verilən məlumata görə, tədbirlərlə əvvəllər də eyni əmələ görə məhkum edilmiş Ruslan Ramazanlı saxlanılıb. Ondan sosial şəbəkədə tanış olduğu xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdiyi 13 kiloqram marixuana aşkarlanıb. Araşdırmalarla R.Ramazanlının narkokuryerliyə cəlb edildiyi və marixuananı maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.
Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son bir ay ərzində rayon ərazisində keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli 20 fakt aşkarlanıb.
Digər Xəbərlər
26 Iyun 2026 09:45
Bakı və bölgələrdə narkotik əməliyyatı: 9 nəfər saxlanıldı - VİDEO
25 Iyun 2026 13:11
Bakıda dəniz sahilində su polisi əməliyyat keçirdi - Saxlanılan var
24 Iyun 2026 10:31
“Jurnalist-bloqer” həbs edildi - 10-dan çox şikayətçi var
22 Iyun 2026 11:19
Oğurluqla məşğul olan motosikletçi tutuldu - VİDEO
20 Iyun 2026 12:52
Özünü prokuror kimi tanıtdı - Dələduzluq ittihamı ilə həbs edildi
18 Iyun 2026 12:05
Cinayətdə şübhəli bilinən 42 nəfər saxlanıldı
18 Iyun 2026 11:58
Almaniyada tutularaq ölkəmizə gətirildi - 33 il əvvəl qətl törədib
16 Iyun 2026 10:39


Bakı -°C

