Mürəkkəb dövrə qədəm qoymuşuq. Lap tüfəngin yarandığı vaxt kimi...Koroğlu kimi şikayətlənməyim gəlir... Yazını da süni intellekt yazacaqsa ---kimin-kim olduğu hardan bəlli olsun?Əhəmiyyəti olacaqmı şikayətlərin ???
Şəxsi yaddaş və xatirələr necə olsun ??? Yaddaşın hər qatında hardasa gizlənib qalmış nələrisə hardan biləcək bu “intellekt” ?
Eyni yaşda olan, eyni dövrdə formalaşmış insanların qəlbindəki hissləri necə oxuyacaq ???
Şəxsi olanı...
Yaqutu neçə illərdi tanıyıram --əvvəl anamla yaxınlığından ,sonra Yaqutun qızı ilə yaxınlığımdan... Ən sonda özümüz yaxınlaşa bildik...
Yaqut dost olmağı bacaran ,ünsiyyəti sevən insandı... Və düşünürəm ki ,birinci addımı o atıb bu münasibətlərdə ...
Dedim ki, eyni dövrün insanlarıyıq... Dövrün qarışıqlıqların da , faciələrin də ,xoş günlərin də yaşamaq eynən ikimizn də payına düşüb . Amma Yaqut çox zəhmətkeş olub. Bu fədakar zəhmətsevərlik onu elm yollarında üstün mövqelərə gətitirib çıxara bilib.
Və müharibə...Bu mövzu da son vaxtlar həyatımıza öz dağıdıcı , möhürünü vura bilib. Qaçmaq istəsək özü gəlib yaxınlaşır bizə...Ağrılı bir məhsuldarlıq yaradır... Çox sevdiyi Şirvan eli, ədəbiyyatı,Şirvanın “Ölümü ömür “ seçən igid oğullarından çox yazır Yaqut...Və başqa cür də ola bilməz deyə düşünürəm...
Təmtəraqlı sözlər ,tost – təriflər olmasa da Yaqut Bahadur qızı Əşrəfova dost sözünün bütün ağırliğını daşıya bilən insandır. Allah balalarını da ,nəvələrini də pənahında saxlasın ....