Pensiya yaşına az qalan şəxslərin işdən çıxarılması qadağan edilə bilər

Azərbaycanda Əmək Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.
Adalet.az xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov çıxış edib.
O bildirib ki, pensiya yaşına çatan vətəndaşların məşğulluğunun təminatı və əmək hüquqlarının qorunması çox vacibdir:
"Apardığımız müşahidələr göstərir ki, bir sıra hallarda pensiya yaşına bir neçə il qalmış vətəndaş işdən azad olunur. Məsələn, pensiya yaşına iki il qalıb və işdən azad olunub. Təbii ki, onun yenidən iş tapması və işlə təminatı çətin olur. Bir sıra ölkələrin Əmək Məcəlləsində pensiya yaşına az qalmış işçinin işdən azad edilməsi qadağan olunub. Azərbaycanda da pensiya yaşına az qalmış vətəndaşlarımızın əmək hüquqlarının qorunması üçün Əmək Məcəlləsinə dəyişiklik hazırlayaq. Qanunvericiliyə belə hal gətirilərsə, istər dövlət, istərsə də özəl sektorda işəgötürənin pensiya yaşına az qalmış vətəndaşımızı işdən azad etməsinin qarşısını alınacaq".
Komitə sədri Musa Quliyev də təklifi dəstəkləyib və qanuna bunun gətirilməsinin istənilən halda müsbət hal olduğunu qeyd edib.
Digər Xəbərlər

“YAŞAT” Fondu beşinci “Məktəbli ləvazimatları” layihəsini reallaşdırıb - FOTOLAR

Pensiya yaşına 2 il qalmış vətəndaşın işdən çıxarılması qadağan edilə bilər

Evlərin kirayə haqqı artdı...

Şuşa və Laçın şəhərlərinə infotur təşkil edilib - VİDEO

Vilayət Eyvazov sıra baxışı keçirdi - 19 müharibə iştirakçısı polisə qəbul olundu - FOTOLAR+VİDEO

Payız Azərbaycana nə vaxt gələcək? - TARİX AÇIQLANDI

Arzu Əliyevanın bu paylaşımı hər kəsi kövrəltdi - VİDEO
