adalet.az header logo
  • Bakı 6°C
  • USD 1.7
24 Sentyabr 2021 15:10
752
DÜNYA
A- A+

Rusiyadan yeni addımlar...

Moldovanın Dnestryanı vilayətini də ərazilərinə birləşdirmək  istəyir İndi də artıq yaddan çıxmağa başlamış  Moldovanın tanınmamış  Dnestryanı əyalətinin rəhbəri Vadim Krasnoselski bəyan edib ki,“Dnestyanı Respublikanın” tanınması üçün Moskvaya müraciət etməyə hazıelaşır. O, xatırladır ki, 2006-cı ildə keçirilən referendumun nəticələrinə görə əyalət əhalisinin 97 faizi Rusiya Federasiyasının tərkibinə keçmələrinə səs verib.

RİA Novostiyə məlumat verən Krasnoselski bildirib ki, “Bu siyasi qərardı, biz tanınmağa hazır olmalıyıq. Biz özünün iqtisadiyyatı, maliyəsi, valyutası olan dövlətik. Tanınma məsələsi isə texniki məsələdir və bizdən asılı deyil”.

Dnestryanı əyalətin əhalisinin60 faizini rus və ukrayna millətindən olan vətəndaşlar təşkil edir. Rusiya bu bölgəni hələ 1992-ci ildə Moldovadan qoparmaq istəyirdi. Moldova həmin vaxtlarda məsələni güclə həll etməyə çalışsa da, Moskvadan göndəriən rus ordusu faktiki olaraq Dnestryanı vilayəti Moldovanın nəzarıtindən çıxarmağı bacarmışdı.

Rüstəm Hacıyev