SON DƏQİQƏ:

Məişət zorakılığından zərər çəkmişlər üçün yeni mərkəzlər yaradılır

  15444   |  
Şriftin ölçüsü  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmrinə əsasən, Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyində yeni tərkibdə yaradılmış Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası Komissiyasının ilk iclası olub.

Nazirlikdən bildirilib ki, komissiyanın tərkibi əmək və əhalinin sosial müdafiəsi, ədliyyə, təhsil və daxili işlər, səhiyyə nazirliklərinin, Sosial Xidmətlər Agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və müvafiq strukturların nümayəndələrindən ibarətdir. 

Sosial Xidmətlər Agentliyinin sədri, Komissiyanın sədri Vüqar Behbudov iclasda bildirib ki, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün əvvəllər bir sıra qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası aparılsa da, onların sonrakı fəaliyyətinin necə olduğu, hazırda da həmin mərkəzlərin fəaliyyətinin hansı səviyyədə olduğu məlum deyil. Ona görə də yeni komissiya tərəfindən həmin qeyri-dövlət yardım mərkəzlərinin fəaliyyətinə davamlı nəzarət həyata keçiriləcək, yeni yaradılan mərkəzlər isə komissiya tərəfindən akkreditə olunacaq. 

Qeyd olunub ki, qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası zamanı onların müvafiq təcrübəyə, maddi-texniki bazaya, peşəkar işçi potensialına malik olması əsas meyarlar kimi götürüləcək. Qeyri-dövlət yardım mərkəzləri akkreditə olunduqdan sonra onların sonrakı fəaliyyəti də diqqətdə saxlanacaq, məlumat mübadiləsi aparılacaq. Həmin mərkəzlərin gördüyü işlərlə bağlı hesabatlılığı olacaq. 

Ümumilikdə həmin mərkəzlər məişət zorakılığından zərər çəkmiş şəxslərə dəstək işlərində Agentliklə qarşılıqlı əlaqəli şəraitdə fəaliyyət göstərəcəklər.

İclasda Komissiya bir sıra yeni layihələri də nəzərdən keçirib, rəy və təkliflərini verib, görüləcək işləri müzakirə edib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-23

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK