SON DƏQİQƏ:

“Yuxularım da məni müharibəyə hazırlayırdı” – MÜSAHİBƏ

  28234   |  
Şriftin ölçüsü  

Həmsöhbətimiz jurnalist, Vətən Müharibəsi iştirakçısı Aqşin Kərimovdur.

- Aqşin, müharibəyə getməyindən danışardın.

- Emin, bu barədə digər müsahibələrimdə çox danışmışam. Sənə qısa icmal kimi deyəcəyəm, güman edirəm, jurnalist kimi məni başa düşərsən. Tovuz döyüşlərindən sonra müharibəyə hazırlaşırdım, hər an müharibə başlayacağını gözləyirdim. İçimdə güclü bir hiss var idi ki, müharibə başlasa, Vətən məni səsləyəcək və məndən də yardım istəyəcək. Belə də oldu. Sentyabrın 29-da, ad günümdə ordu sıralarına qoşuldum. Bilirsən Emin, maraqlıdır ki, 2012-ci ildə həqiqi hərbi xidməti başa vurduqdan sonra, 8 il müddətində hər gün yuxuda ikinci dəfə hərbiyə getdiyimi görürdüm. Bilmirəm mistikadır, ya gələcəyə dair proqnozdur, ancaq yuxuda mənə deyilirdi ki, mütləq sən ikinci dəfə hərbi xidmətə getməlisən, bu, dövlət əhəmiyyətli, taleyüklü məsələdir. Demək ki, yuxularım özü də məni müharibəyə hazırlayırdı. Müharibə bitdikdən sonra isə artıq elə yuxular görmürəm.

Bizi aparan avtobus, bir hissə çağırışçını Mingəçevirdə düşürdü. Yalnız mən, Fəxrəddin, Gündüz, Elnur və Firuddin qaldıq. Bizi Ballıqaya gözləyirdi, getdikcə top və minomyot səsləri, “Qrad” qurğularının səsləri düz qulağımızda “partlayırdı”. Mən də, Fəxrəddin də, Gündüz də, Elnur da, Firuddin də bir neçə gün çöldə, ya da betonun üstündə yatası olduq, çünki hərbi hissədə artıq yer yox idi. Təsəvvür edin, bir kravatda 4 nəfər yatırdı. Sonra bölündük və onları müharibədən sonra daha çox gördüm.

- Orda rastlaşırdım, ailələli adamlar üçün müharibədə daha çox çətin idi. Yada bizə elə gəlirdi. Övladından, evindən ayrı düşmək, başına nəsə bir iş gəlsə onları düşünmək...

- Düzdür, Emin! Ailəli adamlar üçün ikiqat mənəvi çətinlik idi. Birincisi öz ailən, övladın, digər tərəfdən isə atan, anan, qardaşların. Ancaq mən də digər ailəli hərbi qulluqçular kimi bu çətinlikləri dəf etdim, soyuqqanlı oldum. Belə də lazım idi, halbuki qızımdan, yoldaşımdan ötrü çox darıxırdım. Amma bu hissləri orada dilə gətirmirdim, davranışlarıma bu hissləri gətirmirdim, özümü tam şəkildə hərbi xidmətə və döyüş yoluna hazırlayırdım. Bütün əzizlərimə də tapşırmışdım ki, məndən ötrü kimsə ağlamasın, bu, bir borcdur, əksinə fəxr edin ki, mən müharibəyə getmişəm.

- Hansı hadisələr var ki, yaddaşında silinməz izlər qoyub. Və düşünürsən ki, heç zaman yadından çıxmaz.

 

- Müharibədə yadda qalan o qədər epizodlar var ki. Adam bilmir onların hamısını bir fraqmentə necə sığdırsın. Qısasını deyim, elə bir şeylər var ki, heç zaman unutmayacağam, amma bunu müsahibədə səsləndirmək istəmirəm.

- Yaxşı, mən də müharibədə olan biri kimi səni anlayıram. Elə an oldu ki, artıq ölümlə barışmalı oldun?

Bəli, oldu. Mərmilər düz yaxınlığımıza düşürdü, bu zaman ölümün düz burnumun dibində olduğunu hiss etdim. Buna qədər də atəşə məruz qalırdıq, ancaq bu dəfə amansız oldu dörd tərəfdən artilleriya atəşləri bizi haqladı.

Təbii ki, yeganə ümidimiz sığınacaq idi. Maraqlıdır ki, həmin ərazilərə raketlər də atılmışdı, amma partlamamışdı. Bilirsən ki, raketin dalğası və təsiri daha çoxdur, lakin partlamamışdı. Digər dislokasiya yerimizi də müəyyənləşdirmişdilər, amma birtəhər qorunurduq. Ermənilərin pilotsuz aparatları başımızın üstündə uçuşurdu, təcili səpələnirdik və bir az keçmirdi atəşə məruz qalırdıq. İndi necəsə sağ qalmışam, bilmirəm bu taledir, yoxsa sadəcə təsadüf. Relyefin dağlıq, meşəlik olması da dadımız çatırdı, lakin kifayət deyildi. Mütləq qorunmalı idik. Bəzən ermənilərin pilotsuz uçuş aparatlarına bomba bağladığı və bizim tərəflərə buraxaqlar kimi həyacanlı kəşfiyyat məlumatları alınırdı və komandirlərimiz bizi xəbərdar edirdilər.

- Bəzən deyirlər ki, zaman gələcək müharibədəki bəzi anlar üçün darıxacaqsınız. Darıxa biləcəyin anlar varmı? İnsan müharibədəki hansısa ançün darıxa bilər?

- Açığı inanmıram ki, kimsə müharibə üçün darıxsın. Bununla belə, indi bəzi məqamlar xatırlayanda fikrə dalırsan. Müharibə insana yeni dostlar da qazandırır. Bax o dostlar – sədaqətli dostlar üçün darıxırsan.

- Sizin olduğunuz yerlər soyuqluğuna görə kəskin fərqlənir. Üstəgəl, müharibədən sonra qış vaxtında da ay yarım kimi xidmət apardınız.

- Bəli, kəskin soyuq olurdu. Düz Murovun ətəyidir, bəzən Murovdakı postlara da çıxışlar olurdu. Üstəgəl elə şəraitdə biz çöldə, meşəlikdə qalırdıq, soyuq iliyə işləyirdi. Ancaq dözürdük. Müharibədən sonra da çətinliklər oldu, belə də olması normaldır. Bura hərbi xidmətdir axı! Çətinliklər, soyuq heç zaman məni qorxutmayıb.

- Bir jurnalist kimi kompüter arxasından durub, qələmi bir kənaraqoyub silahla xidmət aparmağın hansı çətinliyi və özəllikləri var?

- Emin, indi müharibədə jurnalist kimi iştirak edən həmkarların bəziləri elə danışırki, sanki bunlar xidmət aparıblar. Jurnalist kimi fəaliyyət də çətindir, müharibə zamanı hərbi xidmətisə bundan 10 qat daha çətindir. Bunu dərk etmək lazımdır.

- İndi mülki həyatda işlərin necə gedir?

- Yaxşıdır.

- Jurnalist fəaliyyətinə hansı çətinlikləri və müsbət təsirləri var?

- Jurnalistika ümumiyyətlə çətin sahədir, çünki özəllikləri çoxdur. Çətinlikləri deməklə bitməz. Bürokratiya, qurumların jurnalistlərə təbliğat vasitəçisi kimi baxmağı, belə deyim, xoş deyil. Müsbət tərəfləri isə odurki, hər tərəfli olursan, hadisələrə baxış bucağın fərqlənir.

- Çalışdığınyerinkifayət qədər İP-i var. Səni ora aparan amil ip-dir, maaşdır, ya ayrı səbəb?

- MənOxu.Az-a gələndə, reytinqli olduğunu bilirdim, amma düzünü deyim, o zamana qədər Oxu.Az-ı izləmirdim.

Bəli, maaşa görə Oxu.Az-da işə başladım. Sonra gördümki, reytinq cədvəllərində öndədir, İP çox yüksəkdir. Buna çoxu inanmır, amma ənetibarlı reytinq ölçən internet resurslarına baxıb müqayisələr apara bilərlər.

İş yerini dəyişməyinz amanı yetişdiyini hiss edirdim, köhnə iş yerimisə mənim jurnalist kimi formalaşmağımda böyük rol oynayıb. İndi də, onlarla dostam.

- Tez-tez eşidirik, ciddi oxucu qeyri-ciddi oxucu.Ciddi yazı, qeyri- ciddi yazı. Saytlar ətrafındakı gedənbu söhbətlər haqqında nə deyə bilərsən?

- Cəmiyyətdə təzadlı yanaşma var. Oxucuya ciddilik verən meyarlar nədir, bunu kimsə normal əsaslandıra bilmir. Fərz edək ki, mən bütün günü siyasi-iqtisadi xəbərləri izləyirəm, amma şou xəbərlərinə də baxıram! İndi mən qeyri-ciddi oxucu oldum?! Əlbəttəki, xeyr. Ciddi və qeyri-ciddi anlayışları jurnalistikaya münasibət də nisbidir.

Gələk yazı məsələsinə. Sən siyasi yükü olan bir fikri xəbər kimi təqdim edirsən. Və bu, iddiadan o tərəfə keçmir. Lakin bir fakt sənin mülahizələrinin başdan-başa yanlışolduğunu göstərir. Ancaq ciddi yazı tələb edənlərin gözündə o yalan informasiya daha etibarlıdır.Bəli, jurnalistika baxımından müraciətetdiyin mövzu nə olur-olsun, ciddilik qazanmaq istəyirsə, mediadakı meyarlara cavab verməlidir. Təəssüf edirəmki, məsələyə belə yanaşılmır. Jurnalistikada ciddilik üçün kriteriyaları nə cəmiyyət, nə hakimiyyət nə də müxalifət müəyyən edə bilər. Jurnalistikanın öz prinsipləri və etik qaydalarına riayət ciddiliyi formalaşdırır. Sən bu qaydalarla şou-biznes yazısı yazsan da, buna qeyri-ciddi demək olmaz.

Arada eşidirəmki, mətbuatda ciddi yazılar getmir. Hamısı da eyni şeyi deyir – şoudan yazırlar. Adama deyərlər, sən özün oxuyursan da, ucuz şou xəbərləri. Axı mətbuatda kifayət qədər maraqlı, ciddi əsaslandırma olan yazılar çoxdur. Bunu missal gətirirsən, deyirki, əşşi, hamısı boş şeydir. Ona görə bu sözləri deyib, bütün jurnalistləri ittiham edənləri mənciddi saymıram.

 

Söhbətləşdi: Emin Piri

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-22
2021-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK