Rusiyalı istehkamçılar Qarabağda 25 minə yaxın partlayıcı zərərsizləşdirib - FOTO
Rusiya sülhməramlı kontingentinin humanitar mina təmizləmə bölüyünün şəxsi heyəti Qarabağda ərazinin partlayıcı predmetlərdən təmizlənməsi işlərini davam etdirir.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Mina təmizləmə əməliyyatı çərçivəsində Ağdərədə rusiyalı istehkamçılar tərəfindən 30-dan çox 152 millimetrlik qəlpəli-fuqas tipli artilleriya mərmisi zərərsizləşdirilib.
Ümumilikdə 2020-ci ilin noyabrın 23-dən bu günə kimi 1 548 hektar ərazi, 484 kilometr yol, 1 524 bina, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış sursatlardan təmizlənib, 24 994 partlayıcı predmet aşkar edilərək məhv edilib.
Digər Xəbərlər
25 Aprel 2024 14:35
Xocalıda insan qalıqları aşkar edildi - FOTOLAR
25 Aprel 2024 14:34İlham Əliyev və Sadır Japarov Şahbulaq qalasında
25 Aprel 2024 13:18Naxçıvanın Baş naziri işdən çıxarıldı - Yeni təyinat - FOTO
25 Aprel 2024 12:43Hikmət Hacıyev Füzulidən video paylaşdı
25 Aprel 2024 12:43