adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
04 Dekabr 2020 18:23
39023
GÜNDƏM
A- A+

Niderlandın mətbuatında Qarabağ həqiqəti

İkinci Qarabağ  müharibəsi başalanandan bəri istər Azərbaycanda, istərsə də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşalrımızın  hamısı (çoxluq)  Azərbaycanın bu haqq savaşında  əlindən gələni etməyə çalışdı. Kimisi müharibəyə yollandı, kimisi maddi yardım etdi, kimisi dualarını əskik etmədi və.s. Xaricdə yaşayan soydaşlarımızın da əksəriyyəti yaşadıqları ölkələrdə informasiya müharibəsinə əllərindən gəldiyi qədər fəaliyyət göstərdilər.  

Bunlardan biri də Niderlandda fəaliyyət göstrən Ana Vətən  Qadınlar  Birliyinin sədri, Niderland-Belçika koordinasiya şurasının əlaqələndiricilərindən biri Mayisə Ağamirzəyeva Gundogdudur.  Bugünlərdə Mayisə xanımın buradakı (Niderland)  nüfuzlu qəzetlərin  birində, “Trow” qəzetində ölkəmizlə bağlı yazısı, daha doğrusu   Qarabağ məsələsinə qərəzli mövqe göstərmiş Anthonie Holslaga cavabı dərc olunub. Qeyd edim ki, Anthonie Holslag yazıçıdır, buradakı müxtəlif qəzetlərdə yazılarla çıxışlar edir.  Mayisə xanım öz ona cavab yazısında Qarabağ münaqişəsinin  yaranma tarixinə toxunaraq ermənilərin  Azərbaycan torpaqlarını işğal etdiyinə diqqət çəkib. Müəllif  həmçinin yüz minlərlə soydaşımızın öz torpaqlarından didərgin düşdüyünü də qeyd edib.  Anthonie Holslagın öz yazısında Qarabağ müharibəsinin arxasında erməniləri   soyqrıma məruz  qoyma planının olması iddiasına tutarlı əsaslarla cavab verən Mayisə Ağamirzəyeva bu iddianın tamamilə  əsassız olduğunu, Azərbaycanın öz torpaqlarını  işğaldan azad etdiyini vurğulayıb.  Kəlbəcər və işğal edilmiş altı rayona diqqət  çəkən müəllif bu ərazilərin ümumiyyətlə Dağlıq Qarabağa aidiyyatı olmamasına xüsusi diqqət cəlb etməyə çalışıb. 

Mənbə:   https://www.trouw.nl/opinie/genocide-in-nagorno-karabach-die-suggestie-wekken-is-zeer-kwalijk~bd40119c/?fbclid=IwAR2DJ44SVRN0V2qbiiyRrq5l2MYtDcJ4HCmUovFou6KWjiQSjFT5s3LITBo&utm_campaign=shared_earned&utm_medium=social&utm_source=copylink