Nəsimi rayonunda 70 kiloqram narkotik vasitə aşkarlandı
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar keçirilib.
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Tədbirlərlə paytaxt ərazisində narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 51 yaşlı Ədalət Qədimovdan 22 kiloqram 210 qram marixuana, 44 yaşlı Elvin Əhmədovdan 29 kiloqram 770 qram marixuana, 39 yaşlı Günel Tağıyeva və tanışı, 45 yaşlı Aydın Qurbanovdan isə 18 kiloqram 615 qram marixuana aşkarlanıb.
Son əməliyyatlar nəticəsində ümumilikdə 70 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara çatdıraraq qanunsuz dövriyyəsini təşkil etməyi planlaşdırdıqlarını bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən cari ilin əvvəlindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı ümumilikdə 237 kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Digər Xəbərlər
16 Iyul 2026 18:10
Süni intellektlə qadınları şantaj edənlər saxlanıldı - VİDEO
16 Iyul 2026 12:20
Polis əməliyyat keçirdi: 30 yaşlı şəxsdən...
15 Iyul 2026 16:19
14 il şiddət görən qadının əri saxlanıldı
13 Iyul 2026 13:18
Binəqədidə civə satmaq istəyənlər saxlanıldı - VİDEO
11 Iyul 2026 12:10
Fatimənin qatili hava limanında SAXLANILDI - VİDEO
11 Iyul 2026 09:42
Azərbaycanlını aldadıb 1,5 milyonluq qızılını əlindən aldılar
09 Iyul 2026 20:00
Bakıda kişi arvadını azyaşlı övladının gözü qarşısında güllələdi - YENİLƏNİB
09 Iyul 2026 12:25


Bakı -°C

