Günay Əfəndiyeva: “Türk Dünyasında dərinləşən əməkdaşlıq mühiti ”
Bu günlərdəAzərbaycannövbəti möhtəşəm tədbirə ev sahibliyi edir -Bakıda 100 il bundan əvvəl keçirilmiş Birinci Türkoloji Qurultaya həsr olunmuş “Türk Dünyası Həftəsi”öz işinə başlayıb.
Tədbirə türk respublikaları daxil olmaqla 20 ölkədən rəsmilər, türk əməkdaşlıq təşkilatlarının rəhbərləri və nümayəndələri, eləcə də 126 türkoloq-alimqatılır.
“Türk Dünyası Həftəsi”nin açılış mərasimi Heydər Əliyev Mərkəzində böyük təntənə, ruh yüksəkliyi, qardaşlıq ab-havası ilə gerçəkləşdi.
Baxın, bir tədbirə 5 ölkənin prezidentlərinin - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət başçılarının təbrik məktubları ünvanlandı, ümumtürk həmrəyliyinə dəstəklərini ifadə edən fikirləri, xoş arzuları səsləndirildi.Dövlət başçılarının tədbirə xüsusi münasibəti, Türk dünyasının mənəvi birliyinin, həmrəyliyininortaq siyasi iradə iləmühüm vəhdət təşkil etdiyini bir daha nümayiş etdirdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məktubunda vurğuladığı kimi: “Türk dünyası ailəsi böyük bir sivilizasiya yaratmış əcdadlarımızın şəninə yaraşan tərzdə əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən biri olmaq yolundadır”.
Yüz il əvvəl Bakıda türk xalqlarının gələcəyini düşünən, dilini, tarixini, mədəniyyətini qorumağa çalışan böyük ziyalılar toplaşmışdı. Təəssüf ki, onların bir çoxu sonralar repressiyaların qurbanına çevrildi. Onların taleyi yarımçıq qaldı, amma irəli sürdüyü fikirlər, təşəbbüslər, arzulartəcəssüm tapdı.
Oziyalılartürk xalqlarınınbir-birinə daha da yaxınlaşacağına, həmrəyliknümayiş etdirəcəyinə inanırdılar;türk dünyasının birliyini gec-tez gerçəkləşəcək tarixi zərurət kimi görürdülər. Bu gün birgəsəylərinnəticəsində həmin arzular addım-addım həyata keçirilir, reallığa çevrilir. Düşünürəm ki, Türk Dünyasında günü-gündən dərinləşən əməkdaşlıq mühiti Qurultay iştirakçılarınınruhuna böyük ehtiramdır.
Bu gün türkölkələrinin başçılarının qardaşlıq münasibətləri,etimadı, sıx qarşılıqlı səfərləri, müntəzəm görüşləri,vahid siyasi baxışısayəsində türk dünyası tarixinin ən mühüm yaxınlaşma dövrünü yaşayır.
Nəqliyyat dəhlizlərindən enerji layihələrinə, elm və təhsildən mədəniyyətə qədər birgə təşəbbüslərin sayı günü-gündən daha da çoxalır, Türk Əməkdaşlıq Təşkilatlarınınfəaliyyətləri türk xalqlarının həyatın bütün sahələrində birlik və bərabərliyinin təşviqinə xidmət edir.
Bütün bunlar ortaq niyyətin, məqsədin, məsuliyyətinsərgilənməsidir.
Bütün bunlar dildə birliyin, fikirdə birliyin, işdə birliyin təzahürüdür.
Və bu birlik nə qədər möhkəmlənərsə, Türk Dünyasının qlobal miqyasda sözü, çəkisi, mövqeyi də bir o qədər güclü olacaq.
Digər Xəbərlər
17 Iyul 2026 09:41
Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda
16 Iyul 2026 13:36
Xalq artstinin doğum günüdür
15 Iyul 2026 16:33
Şuşa Qoruq İdarəsinin vəzifələri artırılıb
15 Iyul 2026 11:52
Xalq artisti: “İstedadsız adamlar həyasız olurlar”
13 Iyul 2026 17:36
CineMastercard-da “Minionlar və bədheybətlər” filminin qapalı nümayişi keçirilib - VİDEO
09 Iyul 2026 12:30
Gənc taleyi zülmətə dönən aktrisa - Əntiqə Kərimzadə yazır…
09 Iyul 2026 10:43
ƏMƏKDAR JURNALİST FAİQ QİSMƏTOĞLUNUN YUBİLEYİ AŞIQLAR BİRLİYİNDƏ QEYD OLUNUB
07 Iyul 2026 12:57


Bakı -°C

