Azərbaycan neftinin Tunisə ixrac həcmi artıb
Bu ilin yanvar-may aylarında Azərbaycandan Tunisə neft ixracının həcmi artıb.
Adalet.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin açıqladığı Azərbaycanın xarici ticarətinin gömrük statistikasında bildirilib.
Məlumata görə, hesabat dövründə Azərbaycandan Tunisə 187,6 milyon ABŞ dolları dəyərində 307,2 min ton bitumlu süxurlardan alınan neft və neft məhsulları ixrac olunub.
Bildirilib ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 150,2 milyon ABŞ dolları və ya 5 dəfə, həcm ifadəsində isə 243 min ton və ya 4,8 dəfə artıb.
Qeyd olunub ki, ötən ilin yanvar-may aylarında Azərbaycandan Tunisə 37,4 milyon ABŞ dolları dəyərində 64,2 min ton bitumlu süxurlardan alınan neft və neft məhsulları ixrac edilib.
Məlumata əsasən, bu ilin yanvar-may aylarında Azərbaycandan dünya ölkələrinə ümumilikdə 5,121 milyard ABŞ dolları dəyərində 8,828 milyon ton xam neft və bitumlu süxurlardan alınan neft məhsulları ixrac olunub.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 522 milyon ABŞ dolları və ya 9,2 faiz, həcm ifadəsində isə 1,535 milyon ton və ya 14,8 faiz azalıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar-may aylarında Azərbaycan neftinin əsas idxalçıları sırasında ilk üçlükdə 3,021 milyard ABŞ dolları dəyərində 5,339 milyon tonla İtaliya, 247,8 milyon ABŞ dolları dəyərində 461,3 min tonla Rumıniya və 245,7 milyon ABŞ dollarından çox dəyərində 433,1 min tonla Çexiya qərarlaşıb.
Digər Xəbərlər
17 Iyul 2026 11:07
“Müharibə və pandemiya belə biznes olduğu halda peşəkar futbol niyə biznes olmasın ki?”
16 Iyul 2026 13:27
“AzerGold” QSC vətəndaşlara çağırış etdi
15 Iyul 2026 17:52
Azərbaycanın xarici ticarət dövriyyəsi 24,6 milyard dolları ötüb
15 Iyul 2026 15:22
Azərbaycanın xarici ticarət dövriyyəsi artıb
15 Iyul 2026 12:43
"Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır"
15 Iyul 2026 10:41
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
15 Iyul 2026 10:26
“Slovakiya ilə Azərbaycan arasında 372 məhsul kodu üzrə ticarət əməliyyatları həyata keçirilir”
15 Iyul 2026 10:00


Bakı -°C

