adalet.az header logo
  • Bakı -°C
08 Iyul 2026 18:02
84
DÜNYA
A- A+

Tramp və Zelenski Ankarada görüşdü

ABŞ prezidenti Donald Tramp 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Görüşü üçün Ankaraya səfəri zamanı Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb. 

Adalet.az xəbər verir ki, Tramp Rusiya-Ukrayna müharibəsiə toxunub.

"Biz bu müharibəyə son qoymaq üçün Prezident Putinə çox təzyiq göstəririk. Biz ukraynalıların həyatını xilas etmək istəyirik. Əgər bu beyin gücü döyüşmək əvəzinə ölkənin qurulmasına sərf olunsaydı, Ukrayna çox fərqli bir yer olardı. Mən Putinlə çox danışıram. Putin də müharibəyə son qoymaq istəyir. Mən prezident olsaydım, belə bir müharibə olmazdı. Putin və Zelenski görüşəcəklər və nəsə olacaq. Putin Moskvada Zelenski ilə görüşmək istəyirdi. Mən bunun baş verməyəcəyini dedim. Düşünürəm ki, razılaşma əldə olunacaq, amma tarix yoxdur.

Zelenski ilə yaxşı münasibətlər qurmuşuq. Başlanğıc nöqtəsindəyik, bu hələ son deyil. Ukrayna xalqı möhtəşəmdir. Zelenski ilə yaxşı görüş keçirdik. Bir çox müharibəyə son qoyduq. Zelenski sərt xarakterlidir, Putin də. Zelenski çox səmərəli işləyir, əla insandır. Rusiya həmişə müharibədə güclü olub. Ukraynalılar ruslara bənzəyirlər. Onlar əslində razılığa gələ bilərlər, bu, pis müharibədir. Düşünürəm ki, Putin indi həll yolu istəyir. Bütün həyatım müqavilələr və sazişlərlə məşğul olmaqla keçib. Mən bu işi yaxşı görürəm. Zelenski ölkəsini yenidən qurmaq istəyir. Düşünürəm ki, Zelenski gözəl bir ölkə yaradacaq. Ukraynanın mineralları son dərəcə dəyərlidir", - deyə o qeyd edib. 

Ukrayna prezidenti ABŞ-yə dəstəyinə görə təşəkkür edərək deyib: ABŞ-yə dəstəyinə görə təşəkkür edirik. Ukraynanın müdafiə ilə bağlı prioritet ehtiyaclarının siyahısına görə onlara təşəkkür edirik. Müharibəni necə dayandıra biləcəyimizi müzakirə edirik. Yaxşı bir başlanğıc etmişik. Prioritetimiz hava hücumundan müdafiə sistemləridir.

Putinin hazırda hansı şərtləri istədiyini bilmirəm. Düşünürəm ki, Rusiya ordusu gücünü itirir. İndi isə düşünürəm ki, daha yaxşı texnoloji addımlar atırıq. Düşünürəm ki, güc artıq bizim əlimizdədir və biz bu müharibəni bitirməyə çalışırıq. Biz bunu insan itkisi olmadan etməyə çalışırıq".