adalet.az header logo
  • Bakı -°C
07 Iyul 2026 11:22
74
MƏMLƏKƏT
A- A+

Orda qarpız satmaq olar?  

İndi Bakıda harda gəldi qarpız satırlar. Özü də qarpızın nə keyfiyyətinə  dəyər verən var,  nə də qiymətinə .Çoxlarımız yaxşı bilirik ki, qarpızın mövsümü avqustdan başmayır. Çünki avqust  ayında yetişən məhsul təbii olur və onu yeyəndə də heç bir təhlükəsi yoxdu. Amma Bakıda iyun ayının ilk  günlərindən qarpız satılır.

Qoy olsun! Amma qanunla o qarpızlar laboratoriya analizindən sonra  satışa çıxarılmalıdır. İndiki qarpızların hamısı istixanlarda və kimyəvi yolla   becərilir! Buna heç kimin sözü ola bilməz! Əksər məhsula  isə tez  yetişmək üçün normadan artıq gübrə verilir. Bununla da , işimiz yoxdur. Yenə özləri bilərlər . Bizim sözümüz küçə ticarəti ilə bağlidı.

Belə ki, Suraxanı rayonunun Yeni Günəşli yaşayış sahəsinin( qəbiristanlığın yani) " Araz" marketin yanında iki yerdə maşında və torpağın üstündə tonlarla qarpız yığilib .Bu qarpız da hər gün satılır. Ən çox o qarpızı alanlar avtomobillə  gedənlərdir! Həmin yerdə bu gün şıdırğı al- ver gedir! Günun altında satılan bu məhsullardan hər an onu yeyənlər zəhərlənə bilər . Qanunsuz küçə ticarətinə isə Suraxanı Rayon İcra Hakimiyyəti , eləcə də digər icra orqanları göz yumur. Çünki onların burda öz maraqları var ! Deyilənlər görə hər qarpız maşınında filan qədər " şirinlik" alandan sonra aidiyyəti qurumlar onun satışına icazə verilir. Tay bundan sonra hamı hesabın götürməlidir! Ona görə də kücə ticarəti ilə məşğul olanlara heç kim " gözün üstə qaşın var"- deyən yoxdur!

Emil FAİQOĞLU