NATO Zirvəsində xaos - Məhkəmə yolu ilə görüşə qatıldı
Çexiya Prezidenti Petr Pavel və Baş nazir Andrey Babiş arasında Ankarada keçirilən NATO Zirvəsində iştirakla bağlı səlahiyyət mübahisəsi yaranıb.
Adalet.az xəbər verir ki, Konstitusiya Məhkəməsinin qərarından sonra zirvəyə qatılan Prezident Pavel və Baş nazir Babiş Türkiyəyə iki ayrı dövlət təyyarəsi ilə səfər ediblər.
İki lider arasındakı gərginlik NATO-nun ənənəvi ailə fotosunda da əks olunub. Fotosessiya zamanı Pavel və Babiş kürsünün müxtəlif yerlərində yerləşdiriliblər.
Zirvədə bütün digər NATO üzv ölkələri tək bir lider və tək bir nümayəndə heyəti ilə təmsil olunsa da, Çexiya Respublikası iki ayrı liderlə iştirak edən yeganə ölkə kimi diqqət çəkib.
Zirvə toplantısından əvvəl Baş nazir Andrey Babiş ölkəsini Ankarada təmsil edəcəyini açıqlamış və nümayəndə heyətinə müdafiə naziri Yaromir Zuna və xarici işlər naziri Petr Macinkanın daxil olacağını əlavə etmişdi. Onun prezident Petr Pavelin nümayəndə heyətinin tərkibində olmayacağı bəyan edilib.
Baş nazir Babiş tərəfindən hazırlanmış rəsmi nümayəndə heyətindən kənarlaşdırılan prezident Petr Pavel hüquqi yola müraciət edib. Konstitusiya Məhkəməsinə müraciətindən sonra məhkəmə Pavelin də NATO Zirvə Görüşündə iştirak etməsinə icazə verib. Qərardan sonra verdiyi açıqlamada Pavel NATO müttəfiqlərinin liderləri ilə birbaşa əlaqə və fikir mübadiləsinin onun konstitusiya məsuliyyətləri arasında olduğunu bildirib./Unikal
Digər Xəbərlər
17 Iyul 2026 11:51
Son zərbələrdə 38 iranlı həlak olub
17 Iyul 2026 11:17
“Bu sistem müdafiəolunmazdır” - Trampdan sərt ittihamlar
17 Iyul 2026 09:36
Dünyanın ən çox ziyarət edilən 4 ölkəsi
17 Iyul 2026 09:33
“Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq
17 Iyul 2026 09:21
İran ABŞ komandanlıq mərkəzinə zərbə endirib - Ölənlər var
16 Iyul 2026 21:42
İspaniya Baş nazirinin xanımı hakim qarşısına çıxacaq
16 Iyul 2026 21:28
Taxt-taca çıxacağı üçün 3 il əsgərlik çəkdi - 150 ildən sonra ilk
16 Iyul 2026 14:12


Bakı -°C

