adalet.az header logo
  • Bakı -°C
08 Iyul 2026 15:47
74
SİYASƏT
A- A+

Azərbaycan və Əlcəzair arasında Birgə Komissiyanın tərkibi təsdiqlənib

Azərbaycanla Əlcəzair arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən tərkibi təsdiqlənib.

Adalet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, iki ölkə arasında Birgə Komissiyanın Azərbaycantərəfindən aşağıdakı tərkibi belədir:

Komissiyanın həmsədri

Azərbaycan Respublikasının energetika naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri

Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri

  1. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan Birgə Komissiya Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq əlaqələrinin tənzimlənməsi və daha da genişləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirsin.
  1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Əlcəzair Xalq Demokratik Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.