Şuşadakı abidələr razılaşdırılmadan başqa yerə köçürülə bilməz
Prezident İlham Əliyev “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Adalet.az xəbər verir ki, qanuna əsasən, Şuşa şəhərinin ərazisində yerləşən abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.
Prezident İlham Əliyevin qanunun tətbiqi barədə imzaladığı Fərmanla “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nə edilən dəyişikliklə Qoruğa müvafiq ərazidə yerləşən dövlət tərəfindən qorunan mədəni sərvətlərin, o cümlədən abidələrin başqa yerə köçürülməsinə, tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılmasına razılıq vermək səlahiyyəti də verilib.
Digər Xəbərlər
17 Iyul 2026 13:41
“Koroğlu”dan Sea Breeze-ə ekspres avtobus işləyəcək
17 Iyul 2026 13:38
Aviasiya bölmələrində təlim-məşq uçuşları keçirilib
17 Iyul 2026 13:28
Samir Şərifov sədr təyin edildi
17 Iyul 2026 12:36
"Mygov" platforması ilə bağlı - VACİB XƏBƏR
17 Iyul 2026 11:32
Azad edilmiş ərazilərdə 287 385 ha minadan təmizlənib
17 Iyul 2026 09:39
Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
17 Iyul 2026 09:34
Bəzi rayonlara yağış yağıb, güclü külək əsib - FAKTİKİ HAVA
16 Iyul 2026 16:44


Bakı -°C

