SON DƏQİQƏ:

Bu il Naxçıvanda ağır cinayət qeydə alınmayıb

  20143   |  
Şriftin ölçüsü  
Muxtar respublikada daxili işlər orqanları tərəfindən ictimai qayda və təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasının nəticəsidir ki, 2019-cu ilin I yarısı ilə müqayisədə qeydə alınan cinayətlərin sayı 2 vahid azalıb, ağır və xüsusilə ağır cinayət qeydə alınmayıb.

Adalet.az xəbər verir ki, bu barədə 2020-ci ilin I yarımilində polis оrqаnlаrının cinаyətkаrlığа qarşı mübаrizə, ictimаi qаydаnın və ictimаi təhlükəsizliyin təmin edilməsi üzrə fəаliyyətinin nəticələrinə dair Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında qeyd olunub.

Bildirilib ki, hesabat dövrü qanunsuz saxlanılan silahların yığılması istiqamətində ardıcıl həyata keçirilən profilaktik maarifləndirmə tədbirləri nəticəsində vətəndaşlardan 117 ədəd müxtəlif növ silah və xeyli sayda döyüş sursatı təhvil götürülüb.

Diqqətə çatdırılıb ki, muxtar respublikada narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində həyata keçirilən qətiyyətli və məqsədyönlü tədbirlər nəticəsində 2020-ci ilin I yarımilində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı ötən illə müqayisədə 7 inzibati fakt artıq aşkar edilib. 2020-ci ilin birinci yarısında müstəntiqlərin icraatında olan, keçmiş illərdən qapalı qalmış cinayət işlərinin açılması sahəsində müsbət nəticələr əldə olunaraq 6 cinayət işinə xitam verilib.

Yol infrastrukturunun inkişafı sahəsində muxtar respublika rəhbərinin həyata keçirdiyi tədbirlər, bütün yaşayış məntəqələrinə müasir standartlara cavab verən asfalt yol örtüyünün çəkilməsi, istismara yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması və maarifləndirmə tədbirlərinin genişləndirilməsi nəticəsində qəzaların sayında 2019-cu illə müqayisədə 16,7 faiz azalma müşahidə olunub.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-19
2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK