adalet.az header logo
  • Bakı -°C
18 Iyul 2026 10:17
57
GÜNDƏM
A- A+

“Bakıda “Rus evi” bərpa edilsin” kimi təkliflərə cavabımız mənfi olmalıdır...”

“Rusiya Azərbaycanın strateji tərəfdaşı deyil, sadəcə tərəfdaşıdır. Böyük və qonşuları üçün təhlükəli dövlət olduğuna görə, münasibətləri normal səviyyədə saxlamağa çalışmalıyıq. Ancaq hər hansı təxribatı da cavabsız qalmamalıdır”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

“İqtisadi və ticarət əlaqələrinin inkişafına, o cümlədən qarşılıqlı faydalılıq əsasında ortaq iqtisadi layihələrin reallaşmasına razıyıq, ancaq daxili işlərimizə qarışmağa imkan verilməməlidir. “Xankəndidə konsulluq istəyirk”, “Bakıda “Rus evi” bərpa edilsin” kimi təkliflərə cavabımız mənfi olmalıdır. Rusiyalı rəsmilər və diplomatlar bu kimi məsələləri israrla gündəmə gətirməyə çalışsalar belə, cavabımız dəyişməməlidir. Xarici işlər naziri Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrovla Moskvadakı bugünkü müzakirələrinə məhz bu aspektdən yanaşıram”, - deyə o, bildirib. 

Vasif