adalet.az header logo
  • Bakı -°C
17 Iyul 2026 20:41
65
DÜNYA
A- A+

Türkiyə gömrüyündə Ermənistan kodu tətbiq edilib

Türkiyə Ticarət Nazirliyi Ermənistanla normallaşma prosesinin bir hissəsi olaraq gömrük sistemində texniki tənzimləmələr tətbiq edib.

Adalet.az xəbər verir ki, bu barədə "Sabah" məlumat yayıb.

Məlumata görə, Ermənistanın rəsmi kodu olan "077" artıq üçüncü ölkələr vasitəsilə Ermənistanla idxal, ixrac və tranzit əməliyyatları üçün gömrük bəyannamələrində istifadə edilə bilər. Müvafiq dəyişikliklər artıq Türkiyə gömrük sistemində (BILGE) edilib.

Bu prosesin bir hissəsi olaraq, Türkiyədən üçüncü ölkəyə, oradan isə Ermənistana göndərilən malların son təyinat yerini və ya mənşəyini "Ermənistan/Türkiyə" kimi göstərmək mümkün olacaq.

Mənbəyə görə, Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyəsi hazırda təxminən 335-350 milyon dollar təşkil edir. Məqsəd qısa müddətdə bu rəqəmi 1 milyard dollara çatdırmaqdır.