"Azərbaycan Rusiyanın təkliflərini dəstəkləyir" - Lavrov
Azərbaycan Xəzər dənizinin dayazlaşması probleminin həlli ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir.
Adalet.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlardan sonra birgə mətbuat konfransında bildirib.
Rusiya xarici işlər nazirinin sözlərinə görə, tərəflər Xəzərin ekoloji məsələlərinə, o cümlədən onun dayazlaşması probleminə diqqət yetiriblər.
“Bir daha xatırladım ki, bu problemlərin nəzərdən keçirilməsi təşəbbüsünü məhz Azərbaycan Prezidenti irəli sürüb. O cümlədən azərbaycanlı həmkarlarımız konkret olaraq dayazlaşma problemi ilə bağlı Rusiya tərəfinin təkliflərini dəstəkləyəcəklərinə söz veriblər”, - deyə Lavrov qeyd edib.
O, həmçinin vurğulayıb ki, Rusiya ekoloji vəziyyəti bilavasitə yerində öyrənmək üçün mütəmadi olaraq hidroqrafik gəmidə ekspertlərin səfərlərini təşkil edir və Xəzərin ekosisteminin qorunmasına yönəlmiş istənilən təşəbbüsləri dəstəkləmək niyyətindədir.
Bundan əlavə, rusiyalı nazir Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın ratifikasiya prosesinin tezliklə başa çatdırılmasının vacibliyini vurğulayıb. “İran istisna olmaqla, bütün Xəzəryanı dövlətlər artıq sənədi ratifikasiya edib. Bu, Xəzərin hüquqi tənzimlənməsi məsələlərinin nəhayət bağlanması üçün vacibdir. Baxmayaraq ki, Xəzər regionu ölkələri Konvensiyada yer alan fundamental öhdəlikləri praktiki olaraq yerinə yetirməyə çalışırlar”, - deyə Rusiyanın xarici işlər naziri vurğulayıb.
Digər Xəbərlər
08 Avqust 2026 23:00
"Sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi oluruq" - Prezident
08 Avqust 2026 22:26
Azərbaycan–ABŞ münasibətlərində yeni dinamika
08 Avqust 2026 20:52
"TRIPP təhlükəsizliyin təminatı baxımından böyük əhəmiyyət kəsb edir" - Prezident
08 Avqust 2026 20:33
İlham Əliyev Trampa məktub göndərdi
08 Avqust 2026 20:24
İlham Əliyevlə Trampın telefon danışığı ilə bağlı maraqlı fakt
08 Avqust 2026 19:45
ABŞ Prezidenti sülh prosesində İlham Əliyevin rolunu yüksək qiymətləndirdi
08 Avqust 2026 19:21
İlham Əliyev Trampla danışdı
08 Avqust 2026 15:31


Bakı -°C

