adalet.az header logo
  • Bakı -°C
18 Iyul 2026 11:00
59
DÜNYA
A- A+

“"İslam Respublikası"nın yayın bu qızmar çağında Küveytin günahsız insanlarını...”

“İran Küveytdə suyun duzsuzlaşdırılması zavodunu burub. Küveytin içməli su və digər məsələlərdə bu müəssisələrdən 60-70% aslıdır. İmam Əli Suffeyn savaşında suyu qarşı tərəfin üzünə bağlamamışdı”.

Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib. 

“Amma su Müaviyyə tərəfin əlinə keçdikdə qarşı tərəfə su vermədi. Yezidin adamları da Fəratın suyundan İmam Hüseynə qıymamışdı. Tarix təkrar olunur. "İslam Respublikası"nın yayın bu qızmar çağında Küveytin günahsız insanlarını suya möhtac qoyması yalnız Yezid ibn Müaviyyənin siyasətinə uyğundur, nəinki İmam Əlinin...ABŞ bazalarını Küveyt hakimiyyəti yerləşdirib, xalqın burada nə günahı var? Səddam o zaman əhaliyə toxunmadan gedib tutub ilhaq etmişdi. İndi sənin də cürətin varsa get tut, daha heyfini müsəlman əhalidən niyə çıxırsan?”, - deyə o, bildirib. 

Vasif ƏLİHÜSEYN