FHN təlim keçirdi - VİDEO
FHN-in Şimal-Qərb Regional Mərkəzinin təşkilatçılığı ilə Qəbələ şəhərində yerləşən “Qafqaz Riverside Resort” hotelində “Yanğınların söndürülməsi və təxliyə” mövzusunda nəzəri-praktiki maarifləndirmə tədbiri keçirilib.
Nazirliyin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, tədbirdə FHN-in Şimal-Qərb Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin, eyni zamanda hotelin əməkdaşları iştirak ediblər.
Tədbirin nəzəri hissəsində hotelin əməkdaşlarına fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, həmçinin ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, suallar cavablandırılıb.
Tədbirin praktiki hissəsində “Həyəcan” siqnalı verildikdən sonra baş vermiş şərti yanğın yerinə operativ çatan Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri tərəfindən otel personalının və qonaqların “təhlükəli ərazidən” təxliyəsi, “yanğın” yerində çevik “kəşfiyyatın aparılması və yanğının söndürülməsi” əməliyyatları simulyasiya edilib. Həmçinin, Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri oteldə “köməksiz vəziyyətdə qalmış” insanları xüsusi vasitələrlə “xilas ediblər”.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.
Digər Xəbərlər
10 Avqust 2026 10:52
Bakıda velosiped və skuterlərdən istifadə rekord həddə çatdı
09 Avqust 2026 13:22
Sabah dənizə getmək istəyənlərin nəzərinə!
08 Avqust 2026 16:09
Əmircanda Şəhidlər xiyabanından dekorativ ağaclar oğurlanıb? - VİDEO
07 Avqust 2026 17:37
AQTA bəzi nöqsanlar aşkarladı - Heyvan kəsimi nöqtələrində
07 Avqust 2026 10:36
İsti günlər bitir: Güclü külək və leysan gəlir - Bu tarixdən
06 Avqust 2026 19:39
Məşhur şəlaləyə gedən yola şlaqbaum qoyuldu - Ödəniş tələb edilir - VİDEO
05 Avqust 2026 19:15
Bakı metrosunda yeni tunellərin inşası nə vaxt bitir?
05 Avqust 2026 18:34


Bakı -°C

