SON DƏQİQƏ:

Abşeronda evində silah-sursat, qumbara və narkotik vasitələr gizlədən şəxs saxlanıldı

  54809   |  
Şriftin ölçüsü  

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində yaşadığı evdə külli miqdarda narkotik vasitə, odlu silah-sursat gizlədən, həmçinin narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, əməliyyat zamanı Sumqayıt şəhərində qeydiyyatda olan, əvvəllər məhkum olunmuş Eldar Dövlətov tutularaq istintaqa təqdim olunub. Onun Abşeron rayonu Saray qəsəbəsində yerləşən evinə baxış zamanı 500 qrama yaxın qurudulmuş marixuana, 15 qramdan artıq tiryək, elektron tərəzi və çətənə toxumları aşkar olunaraq götürülüb. Həyətyanı sahəyə baxış zamanı Eldar Dövlətovun orada əkdiyi əlavə 4 ədəd çətənə butkisi də aşkar olunub.

İstintaq tədbirlərinin davamı olaraq müəyən edilib ki, saxlanılan şəxs yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat da gizlədib. Polislər tərəfindən mənzilə baxış zamanı Eldar Dövlətova məxsus 1 ədəd "Makarov” markalı tapança, 1 ədəd "F-1” əl qumbarası alışqanı ilə birlikdə, 49 ədəd parton, 3 ədəd patron darağı və 1 ədəd pnevmatik tapança da aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitə və silah-sursatın ona məxsus olduğunu etiraf edib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Eldar Dövlətov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan təddbiri seçilib. Onun ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-19
2021-09-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK