Bakıda 31 tonluq yanacaq daşıyan maşın yandı - VİDEO
Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında yanacaq daşıyan avtomobildə yanğın baş verib.
Bu barədə Adalet.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Qoşqusunda 31 ton dizel yanacağı olan "Mercedes" markalı avtomobilin kabinə hissəsində baş vermiş yanğın yanacaq çəninə keçməsinə və ağır fəsadlar törətməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin kabinə hissəsi yanıb. Xəsarət alan olmayıb. Avtomobilin qoşqusunda olan yanacaqla dolu yanacaq çəni yanğından mühafizə olunub.
Digər Xəbərlər
08 Avqust 2026 12:24
Sumqayıtda yol çökdü: Yaşayış binasına doğru irəliləyir
08 Avqust 2026 10:48
Xocavənddə traktor MİNAYA DÜŞDÜ
07 Avqust 2026 20:52
Cəbrayıldakı yanğın söndürüldü
07 Avqust 2026 17:51
Bakı və Zəngilanda ağacların qanunsuz kəsilməsi aşkarlanıb
07 Avqust 2026 15:55
Bakıda obyektdəki yanğında 6 nəfər tüstüdən zəhərlənib
07 Avqust 2026 12:37
"Torqovı"da bina YANIR: Sakinlər təxliyə edildi - FOTO - VİDEO
07 Avqust 2026 11:39
Tərtərdəki hadisənin sirri açıldı - Ər-arvadı yandırıb evdəki pulu oğurlayıbmış
07 Avqust 2026 11:27


Bakı -°C

