Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü
Azərbaycanın Baş naziri Əli Əsədov ölkədə rəsmi səfərdə olan Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa ilə görüşüb.
Adalet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə Azərbaycanla Fələstin arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub, beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın və qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb.
Azərbaycanın Fələstin məsələsinin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həllini dəstəklədiyi bir daha diqqətə çatdırılıb.
Azərbaycanın Fələstin dövlətinə və xalqına ardıcıl siyasi dəstəyinə, humanitar yardımlarına, həmçinin təhsil və digər sahələrdə həyata keçirilən təşəbbüslərə görə minnətdarlıq ifadə olunub.
Görüş zamanı Azərbaycanla Fələstin arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub.
Digər Xəbərlər
16 Iyul 2026 13:23
Günay Əfəndiyeva: “Haqlı mövqeyinə arxalanan dövlət açıq dialoqdan çəkinmir"
16 Iyul 2026 12:26
“Orada heç bir məhdudiyyət və senzura yox idi" - Hikmət Hacıyev
16 Iyul 2026 11:54
Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
16 Iyul 2026 11:25
Fələstinin Baş naziri Zəfər parkını ziyarət etdi - FOTOLAR
16 Iyul 2026 11:07
Trampdan İlham Əliyevin çıxışı ilə bağlı - PAYLAŞIM
16 Iyul 2026 11:04
“İlham Əliyevin forumda iştirakı bu məclisə fərqli bir miqyas verir...”
16 Iyul 2026 10:51
Ceyhun Bayramov Rusiyaya getdi
16 Iyul 2026 10:27


Bakı -°C

