Günay Əfəndiyeva: “Haqlı mövqeyinə arxalanan dövlət açıq dialoqdan çəkinmir"
“13 iyun 2026-cı il tarixində ənənəvi olaraqartıq 4-cü dəfədir Şuşada keçirilən Qlobal Media Forumu çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin beynəlxalq media nümayəndələri ilə açıq dialoqu dünyanın diqqət mərkəzinə çevrildi. Qlobal ictimaiyyət, ekspert dairələri, media və siyasi analitiklər Azərbaycanın dövlət başçısının aktualproseslərə dair baxışlarını, regional və beynəlxalq siyasətin konturlarını açıq, cəsarətli və prinsipial şəkildə ifadə etməsinə böyük maraq göstərirlər”.
Bu sözləri Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva açıqlamasında deyib.
Azərbaycan Prezidentinin Cənubi Qafqazdan Mərkəzi Asiyaya, Türk Dünyasından Avropaya, Yaxın Şərqdən ABŞ-a, Uzaq Şərqdən Afrikaya uzanan əməkdaşlıq gündəliyinə, beynəlxalq təşkilatlarla münasibətlərə dair dövlətimizin mövqeyini səsləndirməsindənbəhs edənGünay Əfəndiyeva bildirib:
“Suallar nə qədər mürəkkəb və ya həssas olsa da, cənab Prezidentin cavabları hər zamankı kimi arqumentlərə, faktlara və dövlət maraqlarına xidmət edən prinsiplərə əsaslanırdı. Bu, əslində cənab Prezidentin rəhbərliyində Azərbaycanın özünə, öz sözünə, öz yoluna, atdığı addımlara inamının ifadəsidir. Çünki haqlı mövqeyinə arxalanan dövlət açıq dialoqdan çəkinmir”.
Deputat bildirib ki, 30 ilə yaxın işğal altında qalmış, dağıdılmış Şuşa şəhərinin bu gün gələcəyə yönəlmiş strateji müzakirələrin ünvanına çevrilməsi Azərbaycanın tarixində olduqca mühüm bir mərhələdir.
Günay Əfəndiyevaetibarlılığı XXI əsrdə dövlətlərin beynəlxalq nüfuzunun formalaşmasında əsas meyarlardan biri kimi dəyərləndirərək bildirib: “Etibarlı tərəfdaş olmaq, verdiyi sözün arxasında dayanmaq, regionda sabitliyi təşviq etmək, balanslı siyasət yürütmək böyük siyasi kapitaldır. Azərbaycan bu gün məhz belə bir dövlət olaraqdünya miqyasında tanınır, qəbul edilir”.
Deputat bildirib ki, Azərbaycan mürəkkəb və dinamikgeosiyasi nöqtədəyerləşməsinəbaxmayaraq, özmüstəqil iradəsini, qərarlarını qətiyyətlə ortaya qoyur.
“Biz bu gün nəinki , coğrafi baxımdan, siyasi baxımdan da müxtəlif sivilizasiyaları, iqtisadi məkanları və maraqları birləşdirən körpü rolunu oynayırıq. Bu, təsadüfi uğur deyil. Bu, uzun illər ardıcıl həyata keçirilən gələcəyə hesablanmış dövlət strategiyasının nəticəsidir.
Və Prezident İlham Əliyevin Şuşadan dünyaya ünvanladığı mesajlardövlət başçısının böyük dünyagörüşü, geniş strateji düşüncəsi, yürütdüyü nəhəng siyasəti ilə yanaşı, Azərbaycanın güclü və uğurlu dövlətçilik xəttininümayiş etdirir”, - deyə Günay Əfəndiyeva vurğulayıb.
Digər Xəbərlər
16 Iyul 2026 12:43
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü
16 Iyul 2026 12:26
“Orada heç bir məhdudiyyət və senzura yox idi" - Hikmət Hacıyev
16 Iyul 2026 11:54
Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
16 Iyul 2026 11:25
Fələstinin Baş naziri Zəfər parkını ziyarət etdi - FOTOLAR
16 Iyul 2026 11:07
Trampdan İlham Əliyevin çıxışı ilə bağlı - PAYLAŞIM
16 Iyul 2026 11:04
“İlham Əliyevin forumda iştirakı bu məclisə fərqli bir miqyas verir...”
16 Iyul 2026 10:51
Ceyhun Bayramov Rusiyaya getdi
16 Iyul 2026 10:27


Bakı -°C

