SON DƏQİQƏ:

QUBA ALMASI...

  85599   |  
Şriftin ölçüsü  

Quba alması ilə əlaqədar onun bir neçə şirin, həzin xatirəsi var. Onlar barədə söhbət açmaq fikrindədir... Alma haqqında o qədər xoş sözlər eşidib ki... Hətta eşitdiyinə görə gündə bir alma yeyən adamın ömrü uzun olar...

1995-ci il bir avqust günü Siyəzən rayon dövlət notariusu təyin olunandan sonra, o bölgənin görümlü-baxımlı yerlərindən olan Qubaya tez -tez yolu düşərdi.

İlk dəfə almaya qoyulmuş heykəl- abidəni də onda gördü: bir iri alma özül üzərində hələ uzaqdan görünür, diqqəti cəlb edirdi: Gərək ki, elə Quba rayonuna girəcək bir yerdə, Vəlvələ çayı tərəfdə idi. Unudub. Sonradan sanki o alma heykəl-abidəsini bir daha görmədi, gözünə dəymədi.

1996-cı ildə Siyəzəndə hakim həbs olunanda məhkəməyə sədrlik etmək ona tapşırıldı. Bir gün Ali Məhkəmə tərəfindən göndərilmiş bir mülki işi təqdim etdilər ona. II Nügədi kəndində, xəstəxananın yanında olan ata-baba evini rayon İcra Hakimiyyəti qərarla kişiyə versə də, prokurorluq məhkəmədə iddia qaldırıb işi ləğv etdirmişdi. Bir sözlə həmin iş Qusar, Xaçmaz rayonlarını gəzərək, düz üç rayonda baxılandan sonra onun üstünə gəlib çıxmışdı. Tərs kimi iddiaçı tərəfin vəkili də tanış çıxdı. Bir vaxtlar ADU-nun hüquq fakultəsində birlikdə oxuduğumuz, əslən elə Qubanın yaxın kəndlərindən olan Zöhrab idi.

Onun narahatlıq içində çırpındığını görüb, öz-özünə dedi: "Narahat olma, işlə tanış olmuşam... Haqq-ədalət, qanun kişinin tərəfindədi. Ancaq yenə də kənddə olub, vəziyyətlə tanış olmalıyam".

Beləliklə onda Qubanın II Nugədi kəndində səyyar araşdırma keçirəsi oldular. Evin kişisi qonaqpərvər bir adam idi. Onlar üçün yarpaqdolması bişirtdirmişdi. İşin, qanunun onun tərəfə olduğunu bildiyi üçün, sonsuz təhkidlərindən sonra razılıq verdi, bir tkə çörək kəsəsi oldular. Kişinin qəlbinə dəymək istəmədi.

Səhəri gün Siyəzəndə məhkəmə iclasında qətnaməni elan etdi. Kişinin iddiası təmin edildi, ata-baba evi ona qaytarıldı. Bu uzun çəkən çəkişmənin beləcə əsaslandırılıb, uğurla nəticə verilməsinə görə Ali Məhkəmə adından ona təşəkkür elan edildi. Ev sahibinin, vəkil Zöhrabın sevincinin həddi -hüdudu yox idi.

Bir neçə gün smonra həmin kişini bir yeşik alma ilə məhkəmənin həyətində gördü. Başa düşdü ki, katibin işidi. Bunu həmin kişiyə irad tutanda dedi:

- Elə sizə... Katibə gətirmişəm...

- Çox nahaq, zəhmət çəkmisiniz.

- Bu nə sözdür. Halal xoşunuz olsun...

Əvvəl almaları qətiyyətlə geri qaytarmaq istəsə də, məhkəmə katibinin dilxor olduğunu görüb dedi:

- Sənin də belə işlərin olmaya da.

- Kim ona alma deyib ey... Özü gətirib də...

Bir də bu alma söhbəti Qubalı bir oğlanın işinə baxanda çıxdı ortalığa. Siyəzənin mərkəzində dələduzlar onunla dostluq etməyə başlayırlar. O da onların şirin dilinə aldanıb, bir qapıya yaxınlaşır... Qapını döyəndən sonra, oradan bir cavan qız çıxır. Bu vaxt kənardan bir neçə oğlan ona hücum çəkir, döyüb, üstündəki pulları da alırlar ki, sən bizim namusumuza toxunmaq istəyirdin. Yazıq qız çığıra-çığıra qalıb:

- Nə edirsiniz, o, mənə nə edib ki?!. Bir -iki almasını yemişik də...

Ancaq ona qulaq asan kimdi ki. Qız oğlana kömək edib, su gətirən vaxt, polis işçiləri də özlərini yetirib. Oğlan vəziyyəti onlara olduğu kimi danışıb. Az sonra dələduzlar tapılıb, həbs ediliblər... Bax belə bir cəncəl işə o baxıb, onları cəzalandıranda dilləndi:

- Məndən əvvəl belə bir işə baxıb, çox ağır cəza vermişdilər.

Demə, həmin iş elə xalq iclaslarından biri, xətrini çox istədiyi Əlikram kişi baxıbmış. Ona tərəf əyilib dedi:

- Hakim, sənə qurban olum, daha səsə-küyə salıb, üstünü vurma. Onda mənə çox pis təsir elədilər...

Bəli, onda onlar barışdıqları üçün bir o qədər də ağır cəza vermədik. Əlbəttə, ağır hadisə idi. Ancaq qanun da qanundu axı. Barışanda belə yüngülləşdirici hallara yol verilir. Ancaq cəzalanmağına yenə cəzalandılar. Qubalı almasatan oğlan razılıq hissi ilə getdi. Əsas o idi ki, aparılmış pulları qaytarıb verilmişdi. İndi o ona dil tökür, yalvarırdı:

- Müəllim bir iş idi, oldu da...

- Deməli, onda qızı tanıyırsanmış?

- Yox vallah...

Bir gün də dövlət notariusu kimi iş başında idi.

Polisin istintaq idarəsinin rəisi Həsənağa müəllim həyəcanlı halda onun yanına gələrək dedi:

- Əlisəfa müəllim, sizin haqqınızda bir ərizə gəlib. Heç inandırıcı deyil. Elə polis rəisi, prokuror da dedi ki, adamın inanmağı gəlmir, bizim notarius belə hərəkət eləsin. Ancaq nə edək, yoxlamalı, araşdırmalıyıq da.

Məlum oldu ki, Qubanın Barlı kəndindən bir kişi inzibati orqanlara yazdığı məktubda bir neçə yerdə onun dövlət notariusu kimi qanunsuz hərəkətlərini qeyd edərək, ona məxsus "Jiquli" maşınının oğlu tərəfindən satıldığını göstərmişdi. Deməsinə görə ona bu qanunsuz işə görə şəraiti o yaradıb.

Dilxor halda dilləndi:

- Mayor, əlbəttə, qanun qanundur...

- Bəs onda nə vaxt gedək?

- Nə vaxt istəsəniz.

- Elə indi işin axırıdı da.

- İstəyirsinizsə gedək.

Beləcə həmin axşamüstü elə Həsənağa müəllimin "Jiquli" maşınında Qubaya, Barlı kəndinə yola düşdülər. Kişi evdə idi. Həyət-baca tədarük məntəqəsini xatırladırdı. Nə qədar alma dolu yeşiklər vardı həyətdə...

Sənədlərə baxanda məlum oldu ki, kişinin özünün verdiyi səlahiyyət əsasında oğlu maşını satıb. Onu tanıyıb dedi:

- A kişi, mən onda sənə dedim də... İndi bəs niyə gileylisən?

O, təəssüfləndi:

- Mən belə olacağını bilməzdim.

Hiss olunurdu ki, oğlu ilə arası sərinnəyib, maşını geri qaytarmaq istəyir. Dedi:

- Belə peşmançılıqları qanun təqsirkara bağışlamır. Ərizələrdə neçə yerdə heç nədən məni "saxtakar" adlandırmısınız. İndi mənə də şikayətçi olub məhkəməyə müraciət edəcəyəm. Bir dövlət notariusu kimi mənim də şərəf və ləyaqətim var axı. İndi bu həyətdəki almaların hamısını satsan da bu cəncəl işdən qurtara bilməyəcəksən.

Kişi vəziyyətin gərginliyini görüb hey onlara qayğı göstərməyə, alma payı verməyə çalışsa da, razı olmadı. Onu güclə sakitləşdirib dedi:

- Oğlundu... Bir gün barışarsız, daha bizi şərləmək nəyə lazımdı?

- Bağışlayın...

Onun bu sözləri onu yumuşaldan kimi oldu. Əlləri qabarlı zəhmətkeş adam idi... Səhər həmin kişi dilxor halda yanına gəlmişdi. Hiss elədi ki, polisdə ona "xox" edib, nəsə qopartmaq istəyirlər. Həsənağa müəllimə zəng çalıb dedi:

- Mayor, qubalı kişi, ağsaqqal mənim yanımdadır. Çox xahiş edirəm ki, onun işini sakitliklə yola verəsiniz...

- Baş üstə, bu nə sözdür...

- Mənim adım olan yerdə cəncələ ehtiyac yoxdur.

Qırımımı hiss etdiyi, məni az-çox tanıdığı üçün kişini bir daha polis şöbəsinə çağırmadılar. Kişi isə bir dəfə şəxsən yanına gəlib dedi:

- Əhsən sənə, oğul... Kişi adamsanmış. Sənin o zəngindən sonra bizimlə işi olan olmadı. Yoxsa qalmışdıq bu yollarda da. Az qalmışdı ki, "Jiquli"nini satıb pulunu, almaları yola səpələyək...

Bir gün də oğlu Rüstəmlə hazırlaşıb Bab adağa ziyarətə gedəsi oldular. Siyəzəndən saat üçdə yola düşdülər. Onları aparan maşın bir qədər Dəvəçi ərazisindən Quba tərəfə gedib, sonra dağlara tərəf üz tutdu... Beləcə "URAL" maşınında sıx alma bağlarının içindən keçərək Çici kəndinə tərəf gəldilər... Sonra da oradan dağlara tərəf, Qudyalçayı keçərək...

(ardı növbəti sayımızda

ƏLİSƏFA AZAYEV


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-19
2021-10-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK