ANA SƏHİFƏ / HÜQUQ

Azərbaycanda daha bir neçə icra nümayəndəsinə cinayət işi açıldı

13788    |   2020-05-02 14:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda daha bir neçə icra nümayəndəsinə cinayət işi açılıb.

Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən Adalet.az-a daxil olan məlumatda deyilir.

Məlumata əsasən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gündəlik diqqət və qayğısı sayəsində koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onun neqativ təsirlərinin aradan qaldırılması üçün geniş miqyaslı kompleks siyasi, iqtisadi və sosial tədbirlər həyata keçirilir.

Bununla belə təəssüf ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması hallarına rast gəlinməkdədir.

Prokurorluq orqanları tərəfindən qeyd olunan qanunsuz hallara qarşı qanunamüvafiq tədbirlər davam etdirilir.

Şirvan, Naftalan şəhər, İmişli və Bərdə rayon İcra Hakimiyyəti başçılarının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxslərinin bu qəbildən olan qanunazidd hallara yol vermələri barədə şəhər və rayon icra hakimiyyətlərindən rayon prokurorluqlarına daxil olmuş müraciətlərə baxılmışdır.

Araşdırmalarla Şirvan şəhər İcra Hakimiyyəti Başçısının Hacıqəhrəmanlı qəsəbə inzibati ərazi vahidi üzrə nümayəndəsi Pünhan Mənsimov və 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fəqani Həsənov tərəfindən vəzifə saxtakarlığı edilməklə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verilməsinə əsaslı şübhələr müəyyən olunmuşdur.

Naftalan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asəf Cabbarov tərəfindən də eyni məzmunlu qanun pozuntusuna yol verilmişdir. Belə ki, Asəf Cabbarovun da vəzifə saxtakarlığı etməklə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verməsinə əsaslı şübhələr müəyyən olunmuşdur.

Eləcə də, İmişli Rayon İcra Hakimiyyəti başçısının Bəhrəmtəpə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafael Həsənovun da vəzifə saxtakarlığı edərək xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verməsinə şübhələr üçün əsaslar müəyyən olunmuşdur.

Bundan başqa, Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xəsili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azad Salmanovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rayon daxilində səyyar formada kənd təsərrüfatı məhsullarının satışının həyata keçirilməsinə icazə üçün müraciət etmiş ayrı-ayrı şəxslərə arayışlar təqdim edərkən qanunsuz hərəkətlərə yol verməsinə şübhələr müəyyən edilmişdir.

Qeyd olunan şəxslər müvafiq rayon İcra hakimiyyəti başçılarının əmrləri ilə tutduqları vəzifədən azad edilmişlər.

Toplanmış materiallar üzrə Şirvan şəhər, Goranboy, İmişli və Bərdə rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işləri başlanmışdır.

Hazırda həmin işlər üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək "961” nömrəli "Çağrı Mərkəzi”nə məlumat vermələrini xahiş edir.




İmza:

“Azərişıq” əməkdaşlarının güllələnməsi ilə bağlı cinayət işi başlanıldı - RƏSMİ

Azərbaycanda pandemiya dövründə 624 məhkum azadlığa buraxılıb - RƏSMİ

Azərbaycan məhkəmələri xaricdəki mülkləri müsadirə edə biləcək

Oğuzda 13 yaşlı şəxsin meyiti çaydan tapılıb - RƏSMİ

Baş Prokurorluq Goranboydakı hadisə ilə bağlı xəbərdarlıq etdi

Prokurorluq işçilərinə “Əməkdar hüquqşünas” fəxri adı verildi - SƏRƏNCAM

Baş Prokurorun yeni müavinləri - ADLAR

Mingəçevirdə qadının qətli ilə bağlı cinayət işi başlandı - RƏSMİ

İnsan alverindən zərər çəkmiş əcnəbilərin qeydiyyatının aparılması proseduru müəyyən edilib

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib

Gədəbəy və Samux rayonlarına prokuror təyin olundu

Dövlət Təhlükəsizliyi Xidməti sisteminə işə götürülən işçilərin ştat sayı həddinə dəyişiklik təsdiqləndi - FƏRMAN

SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK