CNN: Tramp Moskva və Pekini bombalamaqla hədələyib

ABŞ Prezidenti Donald Trampın Moskva və Pekini bombalamaqla təhdid etdiyinə dair səs yazısı yayılıb.
Adalet.az CNN-ə istinadən xəbər verir ki, səs yazısının Trampın prezidentlik kampaniyasına dəstək verən maliyyəçilər tərəfindən yayıldığı bildirilir.
Tramp Rusiya Prezidenti Vladimir Putinlə danışığında onu Ukraynaya hücumdan çəkindirməyə çalışdığını bildirir, əks təqdirdə Moskvanı bombalayacağını deyir: “O (Putin), mənə dedi ki, “sənə inanmıram”. Məncə, o, həqiqətən də, mənə inanmadı”.
ABŞ lideri Çin Xalq Respublikasının Sədri Si Cinpini də Tayvana hücumdan çəkindirməklə bağlı xəbərdar etdiyini vurğulayır.
“Ona (Si Cinpin) dedim ki, Tayvana hücum etsən, Pekini bombalayacağam. O da mənə inanmadı. Onlar, sadəcə, mənim sözlərimin 10%-nə inandılar. Amma bizim problemimiz olmadı”, - Tramp səs yazısında vurğulayır.
CNN-in verdiyi xəbərdə səs yazısının 2024-cü ilə aid olduğu bildirilir.
Tramp administrasiyası yayılmış səs yazısına hələ ki münasibət bildirməyib.
Digər Xəbərlər

Zaxarova: Saxlanılanlarla bağlı Bakı ilə təmasdayıq

Fidan: Türkiyə Cənubi Asiyada sülh və sabitliyin tərəfdarıdır

Ərdoğan: Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək

Tramp final oyununu stadionda izləyəcək

Ankara Türk dünyasının turizm paytaxtı elan olundu

İran qonşu ölkələrlə bağlı mövqeyini açıqlayıb

Turistə nalayiq hərəkət edən dondurmaçı cəzalandırıldı - VİDEO
