Həbsdə olan PKK lideri yenidən müraciət etdi - "Silahları yerə qoyun!" - VİDEO

Kürdüstan İşçi Partiyası (PKK) terror təşkilatının Türkiyədə həbsdə olan lideri Abdullah Öcalan yenidən tərəfdarlarına müraciət edib.
Adalet.az xəbər verir ki, Öcalan İmralı Həbsxanasından 7 dəqiqəlik videoya çəkildiyi bildirilən mesajında təşkilatı silahı yerə qoymağa çağırıb.
Öcalanın mesajı ilə birlikdə həbsdə olduğu digər məhbuslarla yeni fotosu da paylaşılıb.