Bir həkim köməyə gəldi bu zaman

Saçlar tökülürdü,qaş tökülürdü,
Əsəbdən gözümdən yaş tökülürdü,
Sanırdım dünyaya daş tökülürdü.
Bir həkim köməyə gəldi bu zaman.
******
Dərmanlar yeyirdim,gündə nə qədər,
Həyatım olmuşdu betərdən-betər,
Sanırdım,həyatım əriyər-bitər.
Bir həkim köməyə gəldi bu zaman.
******
Yuxularım göylərə çəkilmişdi,
Elə bil ki,qamətim bükülmüşdü,
Ürəyimə qəm-qüssə əkilmişdi.
Bir həkim köməyə gəldi bu zaman.
******
Sanmırdım ki,yaxşı olacağam mən,
Deyirdim ki,xəstə qalacağam mən,
Sanırdım,əriyib-solacağam mən.
Bir həkim köməyə gəldi bu zaman.
******
İşıqlı sabaha ümüd yox idi,
Məndə inamsızlıq daha çox idi,
Gözümdəki kədər bir qucaq idi.
Bir həkim köməyə gəldi bu zaman.
******
Mən bu şeiri,pasientlərin söhbətləri əsnasında yazaraq,Nailə xanım Qarayevaya həsr elədim.
Şeirin müəllifi:Dünya Qarabağlı-Azərbaycan Texniki Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi.