Ayaz Arabaçı: Həsən Kürün xatirəsinə..
Güllə yağışından
sağ çıxan oğlan
güllə yağışından sağ çıxan şair
üzü ölümün də imtahanından
alnlaçıq çıxan-ağ çıxan şair
ölüm xəbərin
o qədər ağır oldu ki
bir mərmi kimi düşdü ürəyimizə
saatın boğazında qaldı
tikanlı dəqiqələr
əlləri çörək qoxulu
bir ananın fəryadı
çatlatdı bütün məzar daşlarını
təngidi küləkli şəhərin nəfəsi
ölüm xəbərin
o qədər ağır ağır oldu ki
adamın yaşamağa qalmadı həvəsi
əllərinə xına qoysunlar dərimizi
soyub geyənlər
əllərinə xına qoysunlar
döyüşçü oğulların haqqını
basıb yeyənlər
bu şeir
tək sənin ölümünə deyil
Həsən Kür
qayğısızlıq selində boğulan
işsizlik divarlarının dibində yatan
başı dumanlı şəhərdə
çürüyən hamıyadı
bu şeiri yazdım ki,
yazdım ki,özün demiş-
oxuyub ağlasınlar
sənə beş gün gün verməyənlər
40 gün yas saxlasınlar
güllə yağışından
sağ çıxan oğlan
güllə yağışından sağ çıxan şair
üzü ölümün də imtahanından
alnlaçıq çıxan-ağ çıxan şair
təkcə vətən deyildi
qoruduğun
içindəki uşaq məsumluğuydu
gələcəyə aid xəyallarıydı
sən düşmənə uduzmadın
44-günün
44-ünə də basılıdı imzan
bütün alqışlardan, ordenlərdən
bütün şənliklərdən uzaqda
Digər Xəbərlər
01 May 2026 17:13
Şehlə günahını yuyan şair - Ağacəfər Həsənli - Esmira İsmayılova yazır
01 May 2026 15:38
““ULDUZ”LU GÖRÜŞLƏR”: budəfəki qonaq yazıçı-publisist Təranə Vahid olub - FOTOLAR
01 May 2026 09:42
"Adamın adamı" - Pərvanə Bayramqızı yazır
30 Aprel 2026 10:41
Əbülfət Mədətoğlu: Allah
29 Aprel 2026 13:44
Nizami Gəncəvi yaradıcılığında qadın obrazlarının müasir interpretasiyası
29 Aprel 2026 10:10
Əbülfət Mədətoğlu:O qız indi , nə iş görür ilahi?!.
28 Aprel 2026 14:53
Əbülfət Mədətoğlu: Sənlə birgə, biz qocaltdıq illəri...
27 Aprel 2026 15:00


Bakı -°C

