GoTürkiye-dən yeni orijinal mini-serial: “İstanbul, mənim sevgilim” - Alqoritmlərin bitdiyi yerdə qəlblər danışır

GoTürkiye-nin təqdim etdiyi yeni orijinal mini-serial - “İstanbul, Mənim Sevgilim” - texnologiya ilə duyğuların, məntiq ilə taleyin toqquşduğu unikal bir hekayədir.
Adalet.az-ın məlumatına görə, hadisələr Türkiyənin ürəyi sayılan, tarix və müasirliyin iç-içə keçdiyi İstanbulda cərəyan edir. Serial həm şəhərin əsrarəngiz görüntülərini, həm də iki fərqli dünyanın insanını bir araya gətirən dramatik gedişatı tamaşaçıya təqdim edir.
Baş qəhrəman İstanbul (Afra Saraçoğlu) parlaq zəkaya və böyük ambisiyalara sahib gənc bir proqramçıdır. O, həyatın müxtəlif sahələrində, o cümlədən sevgi münasibətlərində insanlara dəstək ola biləcək süni intellekt proqramı hazırlayır və onu sərmayədar Tanın (Engin Akyürek) qarşısında təqdim edir. Hisslərini gizləməyi bacaran, amma özünə qapanmış iş adamı Tan bu təklifə maraqlı bir şərtlə cavab verir: əgər proqram onu cəmi üç cəhdə həqiqi sevgiyə aparsa, o zaman bu layihəyə böyük investisiya qoyacaq.
İstanbulun hazırladığı alqoritm üç ideal namizəd seçir. İlk baxışda texnoloji eksperiment kimi görünən bu təcrübə zamanla həm Tan, həm də İstanbul üçün fərdi və emosional bir dönüş nöqtəsinə çevrilir. Lakin hər görüş, hər qarşılaşma Tanın içində yeni suallar doğurur: Görəsən, həqiqi sevgi sadəcə bir proqramla tapıla bilərmi? Və sonda bu yol Tanı başqa birinəmi aparacaq, yoxsa onu elə İstanbulun özünəmi qaytaracaq?
Dass Yapım-ın istehsalı, vizyoner rejissor Ozan Açıktanın rejissorluğu və məşhur türk aktyorları Engin Akyürek, Afra Saraçoğlu, Yasemin Kay Allen və İlayda Akdoğanın iştirakı ilə ərsəyə gələn “İstanbul, Mənim Sevgilim” mini-serialı on hissədən ibarətdir. Hər biri təxminən üç dəqiqə davam edən bu kinotik fəsillər İstanbulun estetik ruhu və iki insanın taleyə qarşı çıxmağa çalışdığı səssiz gərginliklə yoğrulub.
Tamamilə İstanbulun özündə çəkilən serial, şəhərin insan təbiətindəki ziddiyyətləri necə əks etdirdiyinə bir tərif kimi təqdim olunur: həm əbədi, həm də müasir; həm xaotik, həm də zərif.
Çəkiliş məkanları arasında İstanbulun ən ikonik nöqtələri yer alır:
• Çırağan Sarayı
• Tersane Rixos
• Galataport
• AKM Taksim
• Karaköy
• Boğaziçi
• Beyoğlu
Serialın hər bir epizodu şəhərin döyünən ritmini hiss etdirir - alqoritmik dəqiqliyin və təbii xaosun bir araya gəldiyi bir atmosfer yaradır. Bu hekayə bizə bir həqiqəti xatırladır: bəzən həyatdakı ən dəyərli bağlar planlamadığımız anda baş verir.
“İstanbul, Mənim Sevgilim” - Qısa Baxış
Format: 10 seriyalı mini-serial (hər bölüm təxminən 3 dəqiqə)
Dil: Türk dili (beynəlxalq altyazılarla)
Çəkiliş məkanları: İstanbul - Çırağan Sarayı, Rixos Tersane, AKM Taksim, Galataport, Boğaziçi, Karaköy, Beyoğlu
Rejissor: Ozan Açıktan
İstehsalçı: Dass Yapım
Yayım: Qlobal rəqəmsal premyera - 2025-ci il,
YouTube platformasında www.youtube.com/@GoTürkiye ünvanında, 23 iyun tarixindən etibarən…
Digər Xəbərlər

Türkiyədə səhərə dad qatan ənənə: Türk səhər yeməyi – FOTOLAR

Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin Şəkidə səyyar iclası keçirilib

“Sirli dolça” premyeraya hazırlaşır

Rusiyalı sənətçilər “Dream Fest”dən uzaqlaşdırıldılar - FOTO

Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi

Məşhur bəstəkar vəfat etdi

Bitlis -tarixlə təbiətin qovuşduğu Anadolu incisi
