Klublararası dünya çempionatında 1/2 final - "Çelsi" "Fluminense" ilə üz-üzə

ABŞ-da keçirilən futbol üzrə klublararası dünya çempionatı sona yaxınlaşır.
Adalet.az xəbər verir ki, bu gün 1/2 finala start veriləcək. İlk oyun günündə finala vəsiqə uğrunda Cənubi Amerika və Avropa təmsilçiləri üz-üzə gələcək.
Braziliyanın “Fluminense” komandası İngiltərə “Çelsi”si ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Yarımfinalın digər matçı isə sabah PSJ (Fransa) ilə “Real” (Madrid, İspaniya) arasında olacaq. Bu oyun da saat 23:00-da start götürəcək.