İran qonşu ölkələrlə bağlı mövqeyini açıqlayıb

İran xarici işlər naziri Abbas Arakçi və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman İrana qarşı hərbi təcavüz fonunda regionda sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində ikitərəfli əməkdaşlığın perspektivləri və birgə addımlar barədə danışıqlar aparıblar.
Adalet.az xəbər verir ki, İranın xarici işlər naziri Tehranın Səudiyyə Ərəbistanı və digər qonşu ölkələrlə mehriban qonşuluq və qarşılıqlı maraqlar əsasında əlaqələri gücləndirməyə sadiq olduğunu vurğulayaraq, İranın iqtisadiyyat və ticarətdən tutmuş mədəni mübadilə kimi müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu təsdiqləyib.
Arakçi İrana qarşı hərbi təcavüzü pisləyən Səudiyyə Ərəbistanının məsuliyyətli mövqeyinə görə minnətdarlığını bildirib. O, BMT Nizamnaməsini, beynəlxalq hüquq normalarını və nüvə silahının yayılmaması rejimini kobud şəkildə pozan bu hücumların regionda sülh və sabitliyə misli görünməmiş təhdidlər yaratdığını vurğulayıbş
Öz növbəsində Səudiyyə Ərəbistanının Vəliəhdi iki böyük islam dövləti arasında qarşılıqlı anlaşma və əməkdaşlığın getdikcə artmasından məmnunluğunu ifadə edərək, krallığın rəhbərliyinin bu kursu davam etdirmək və bütün istiqamətlərdə əlaqələri genişləndirmək niyyətində olduğunu vurğulayıb.
O, Səudiyyə Ərəbistanının İranın ərazi bütövlüyü və milli suverenliyini pozan istənilən hərbi hücumu pislədiyini təsdiqləyib və qeyd edib ki, regional sülh və təhlükəsizliyin qorunması yalnız region ölkələri arasında əməkdaşlıq və dialoq sayəsində mümkündür. Vəliəhd əmin edib ki, Ər-Riyad gərginliyin daha da artmasının qarşısını almaq üçün bütün imkanlarından istifadə edəcək və bu məsələdə yardım göstərməyə hazır olduğunu bildirib.
Digər Xəbərlər

Nazir: Türkiyə bu il Türk dövlətlərindən 1 milyondan çox turist qəbul edib

Kəskin istilər nəticəsində 2300 nəfərə öldü - Avropada...

"Almaniya tezliklə nüvə silahı əldə edə bilər" - Qrossi

“Gözlənilən tarixi müjdəni verəcəyik” - Ərdoğan

Fransa müxalifət partiyasının qərargahında axtarışlar aparılıb

Zaxarova: Saxlanılanlarla bağlı Bakı ilə təmasdayıq

Fidan: Türkiyə Cənubi Asiyada sülh və sabitliyin tərəfdarıdır
