09 Iyul 2025 12:02
72
GÜNDƏM

Daha bir qazdoldurma məntəqəsinin istismarını dayandırıldı - VİDEO

Agentliyin müfəttişləri tərəfindən Oğuz şəhəri, Rəşid Behbudov küçəsində fəaliyyət göstərən fərdi sahibkar Rzayev Mehman Mehdi oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.

Bu barədə Adalet.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.

    Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

    Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 1 ədəd maye qaz çəninin daxili baxışının və hidravlik sınağının keçirilmədiyi, çənin üzərində quraşdırılmış qoruyucu klapanların növbəti yoxlamasının aparılmadığı, avtoçəndən maye qazın stasionar tutumlara boşaldılması və balonların doldurulması zamanı istifadə olunan rezin parçalı qolların hidravlik sınağının keçirilmədiyi, həmçinin məntəqədə istismar olunan qurğu və avadanlıqların torpaqlama müqavimətinin yoxlanılmadığı müəyyən edilib.

    Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.