Sabah 35 dərəcə isti olacaq - PROQNOZ
İyulun 8-də Azərbaycanda əsasən havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Adalet.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 7-dən 8-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-70 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturugecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 5-10° isti, gündüz 18-23° isti olacaq.
Digər Xəbərlər
18 Mart 2026 19:09
"Qəhrəman ana ilə mən də çəkdirim" - Mehriban Əliyeva
18 Mart 2026 19:00
"Sənin maşınını istəyirəm" - Balaca Ayazın Prezidentdən istəyi - FOTOLAR
18 Mart 2026 18:53
İlham Əliyev və xanımı Xocavənddə - YENİLƏNİB - FOTOLAR/VİDEO
18 Mart 2026 17:18


Bakı -°C

