Kazino oyunlarının təşkili üçün 340 min manat dövlət rüsumu ödəniləcək
Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunlarının təşkili ilə bağlı lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyənləşdirilir.
Adalet.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunlarının təşkili ilə bağlı lisenziya verilməsinə görə dövlət rüsumu 340 min manat (lisenziyanın qüvvədə olduğu müddətdə hər il əlavə 340 min manat) təşkil edəcək.
Bu dövlət rüsumunun hər il ödənilən hissəsi hər növbəti il lisenziyanın verildiyi günədək ödəniləcək.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
Digər Xəbərlər
24 Mart 2026 16:01
Qızıl və gümüş bahalaşdı
24 Mart 2026 10:30
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və qarabaşaq göndərildi
24 Mart 2026 09:27
Azərbaycan nefti ucuzlaşdı
23 Mart 2026 15:30
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
23 Mart 2026 12:21
“Yalnız qənaətə fokuslanmış nə dövlət, nə də insan inkişaf edə bilməz...”
23 Mart 2026 10:21
“Brent” ucuzlaşdı
23 Mart 2026 09:19
Azərbaycan yapışdırıcı maddələrin istehsalını artırıb
22 Mart 2026 13:01


Bakı -°C

