ABŞ-ın antirusiya sanksiyaları nəticə vermir -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
99 | 2025-07-09 09:52

 ABŞ-ın on illərdi arxalandığı və dünyanı qorxuda biləcəyi  "ən güclü silahı" sanksiyalar, istənilən nəticələri vermir. Lakin Ağ Evdə oturanlar deyəsən daha effektli, daha təsirli "silah" barədə düşünə bilmirlər. 

 Hələ ötən əsrin 80-ci illərində İrana qarşı tədbiq olunan embarqolar, aradan ötən 40-45 il  ərzində bu sankdiyaların on dəfələrlə sərtləşdirilməsi İran iqtisadiyyatına müəyyən təsirləri oldusa da, ABŞ bu ölkəni özünə tabe etmək istədiyinə nail ola bilmədi. 

 Sonradan Suruyaya, Liviyaya, hətta NATO tərəfdaşı Türkiyəyə qarşı da, irili-xırdalı bəzi sanksiyalar tədbiq etdi. Əzəli rəqibləri hesab etdikləri, iqdisadi cəhətdən getdikcə güclənməkdə olan Çin Xalq Respublikasına qarşı,  idxal məhsullarına  tarifləri kosmik səviyəyə qaldırması da, Çin iqtisadiyyatını nəinki silkələyə, heç "tükünü" belə tərpədə bilmədi.

 ABŞ administrasiyası artıq on ildən çoxdur ki, avropalı tərəfdaş ölkələriylə birlikdə Rusiya Federasiyasına qarşı tədbiq etdikləri sanksiyaların bəlkədə sayını belə itiriblər. 

 Buna baxmayaraq, ABŞ-ın hazırki prezidenti Donald Tramp, artıq seçkiöncəsi "mən 24 saata müharinəni (Rusiya-Ukrayna müharibəsini) dayandıracam" vədləri,  RF-sı prezidenti Vladimir Putinin indkarlığı üzündən hələ də havadan asılı qalıb. Lakin ABŞ prezidenti,  Putinlə son dəfə uğursuz alınan telefon danışıqlarlndan sonra, Moskvanı yeni sanksiyalarla "cəzalandıracağı" ilə Ona görə də, təhdid etdi.

 "Yeni antirusiya sanksiyalar paketi layihəsinin qəbul edilib-edilməməsi Rusiyanın özündən asılıdır. İndi hər şey mənim qərarlmdan asılıdır, bu şəxsən mənim seçimimdir"- deyə Tramp (yəqin ki, üzülərək. R.H.) bəyan edib.

 İqtisadiyyatı kifayət qədər antirusiya sanksiyalarından  zərbə alan Rusiya isə, geri addım atmaq niyyətində olmadığını açıq-aşkar nümayiş etdirməkdədir. Vladimir Putin rusiyalılara müraciət edərək, Qərb məhsullarından imtina etməyi, yerli məhsullardan istifadə etməyi məsləhət görüb.

Bu arada, son vaxtlar ABŞ-ın Ukraynaya göstərilən hərbi yardımın dayandırıldığını bəyan edən Donald Tramp,  Ukraynaya yeni dəst Patriot hava hücumundan raket komplekslərinin göndəriləcəyini bildirib.

 Daha çox vaxtını sosial şəbəkələrdə keçirən, işi- gücü tikanlı sözləriylə kimlərisə sancmağa çalışan, Rusiya  təhlükəsizlik şurasının sədr müavini Dmitri Medvedev isə, sosial şəbəkə akkautunda  bəyan edib ki, "Rusiya Trampın "qütb küləyi" ritorikasına reaksiya göstərməməlidir".

 Deməli, görünən odur ki, ABŞ prezidenti Donald Trampın  "sonsuz cəhdlərinə" baxmayaraq Rusiya -Ukrayna müharibəsinin danışıqlar yolu ilə nizamlanması məsələsi  yenə də qeyri-müəyyən vaxtadək təxirə salınır...

 Verilən məlumatlara görə, Rusiya daha azğınlıqla, daha şiddətli şəkildə dinc sakinlərin yaşadığı paytaxt Kiyev şəhəridə daxil olmaqla , Ukraynanın bütün yaşayış məntəqələrini güclü raket atəşinə tutmaqda davam edir...


 

  • Iyul:
  • 4

TƏQVİM / ARXİV