ANA SƏHİFƏ / GÜNDƏM

Paris-Azərbaycan Evinin rəhbəri koronavirusa yoluxmasından və müalicəsindən danışdı

6395    |   2020-03-29 23:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Koronavirusa yoluxan Azərbaycanın Fransadakı Diasporunun rəhbərlərindən biri, Paris-Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva vəziyyəti ilə bağlı açıqlama yayıb.

Oxu.Azxəbər verir ki, M.Fətəliyeva deyib ki, bütün dünyanı təşvişə salan COVID-19 virusu, təəssüf ki, ondan da yan keçməyib:

"Elm aləmi, eləcə də hər birimiz üçün yeni olan bu virus haqqında doğru olub-olmayan bir çox məlumat yayılıb.

Virusun əsasən səhhətində müəyyən problemləri olan yaşlı nəslin nümayəndələri üçün təhlükəli olması barədə artıq hamımız bilirik. Amma, çox təəssüf ki, heç bir sağlamlıq problemi olmayan gənclər də bu virusdan dünyasını dəyişmə təhlükəsi qarşısındadır. Fransada və digər ölkələrdə artıq bunun şahidiyik”.

Diaspora rəhbəri bildirib ki, hər bədən bu virusa müxtəlif cür reaksiya verir, bəzi insanlar heç hiss etmədən də bu xəstəliyin daşıyıcısı ola bilər:

"Mənə bir çoxlarınız bu virusun simptomları və müalicəsi haqqında suallar verirsiniz. Çalışacağam ki, öz təcrübəmi Sizlərlə bölüşərək vəziyyətin nə dərəcədə ciddi və təhlükəli olduğunu çatdırım və bəlkə də müyyən dərəcədə sizə kömək olum. Məndə simptomlar ilk olaraq bir neçə gün halsızlıqla başladı, daha sonra baş ağrıları, boğaz qıcıqlanması, ishal, növbəti günlər isə beldən aşağı kəskin sümük ağrıları və nəfəs almaqda çətinlik çəkməklə müşahidə olundu. İlk günlər ciddiyə almasam da, vəziyyətim daha da ağırlaşmağa başladı və məcburən yaşadığım ərazidəki xəstəxanaya müraciət edərək skaner vasitəsilə müayinədən keçdim və COVID-19 virusuna yoluxduğum həmin gün təsdiqləndi”.

M.Fətəliyeva qeyd edib ki, Fransada xəstəxanalarda vəziyyət olduqca acınacaqlıdır, yerlər çox məhduddur və yalnız yüksək hərarət və nəfəs çatışmazlığından əziyyət çəkən xəstələr müalicə üçün qəbul edilir:

"Buna görə də mənim ev şəraitində qalmağımı və müalicə almağımı məsləhət gördülər. Mən artıq 4 gündür ki, həkimlər tərəfindən müəyyən edilmiş dərmanlardan istifadə edirəm və vəziyyətimdə müsbət irəliləyişin olduğunu hiss etməyə başlayıram. Ağrılarım səngiyib, təngnəfəsliyim isə get-gedə azalmağa başlayıb.

Təəssüf ki, təyin edilmiş müalicə hər xəstə üçün individual olduğundan bu haqda açıqlama verməyim düzgün olmaz”.

Paris-Azərbaycan Evinin rəhbəri deyib ki, bəzən insanlar düşünür ki, əgər bir dəfə virusa yoluxursa, bədən öyrəşir və artıq təhlükə yoxdur, amma sağalan xəstələrdə yenidən yoluxma halları müşahidə olunur:

"Sevinirəm ki, Azərbaycanda vaxtında, yoluxma sayının çox az olduğu andan ciddi tədbirlər görüldü ki, bu da sürətlə yayılmanın qarşısını almağa köməklik etdi. Təəssüf ki, Fransada çox gec xüsusi rejim tətbiq edildi. Vəziyyət o yerdədir ki, artıq xəstəxanalarda yer məhdudiyyətindən yaşa görə seçim etmək məcburiyyətindədirlər. Sizə vəziyyətin nə dərəcədə ağır və ciddi olduğunu vurğulamaqla özünüzü, yaxınlarınızı, ətrafınızdakıları qorumaqla bütün xalqımızı qorumağa səsləyirəm. Eyni zamanda, həyatlarını təhlükəyə ataraq gecə-gündüz bizləri qorumaq üçün çalışan tibb işçilərinə qayda-qanuna riayət etməklə öz dəstəyimizi göstərək”.




İmza:

Müharibə veteranları ilə bağlı qanunvericiliyə yeni TƏKLİF

Prezident Ağdamda “N” saylı hərbi hissədə olub

Tərtərin Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi tikiləcək

Bakıda pandemiya dövründə əhali ərzağa daha çox pul xərcləyib

İbuprofenin koronavirusa qarşı sınaqları başlayıb

Maskadan istifadə etməyən bəzi vətəndaşlar cərimələndi

ÜST: Koronavirusun ikinci dalğası qaçılmaz deyil

“Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib

Tərtər Olimpiya İdman Kompleksinin açılışı olub

Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı yolu yenidənqurmadan sonra istifadəyə verilib

Prezident İlham Əliyev Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib

TVİTTER GERİYƏ ÇƏKİLMİR

SON XƏBƏRLƏR
2020-06-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK