nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Yusif Vəzir Çəmənzəminli: "Həqiqi ana" Adalet.az | Yusif Vəzir Çəmənzəminli: "Həqiqi ana" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Yusif Vəzir Çəmənzəminli: "Həqiqi ana"

6842    |   2020-03-11 12:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nizamlı milli bir məktəb qurtarmış, çox bilikli, açıq fikirli bir qadın təsvir edin. Bu anadır. Bunun qəlbi dili ilə, dili də qəlbi ilə müvafiqdir. İkisi təmiz, ikisi də pak və pakizə. Həqiqi ana həm ruhən, həm də cismən salamat olar. Uşaqlar gördüyünü götürər. Ana bunu gözəlcə düşünüb, onun üçün həmişə özünün islahına çalışır ki, balaları ondan pis hərəkət görüb götürməsinlər. 

Ana heç vaxt təklikdə özünə xoşbəxtlik istəməz,ana övladlarının xoşbəxtliyinə tamaşa edib ondan ləzzət aparar. Övladı olmadıqda heç bir şey ananı xoşbəxt edə bilməz. Qızıl, cavahirat, şöhrət və ad analara təskinlik verə bilməz.

Asudəlik ananın əxlaqını pozmaz, çünki ana kamildir, namus ona övladları qədər qiymətli və əzizdir.
"Ana Milli bayramlarımızı çox əziz tutar. Ələlxüsus Novruz bayramı şairanəliyi ilə anaya artıq dərəcədə xoş gələr. Neçə gün qabaqdan evlər süpürülər, silinər, hər yer təmizlənər. Sonra külfətin üzvləri yuyunub geyinib böyük bir şadlıqla bayram edərlər, Şirnilər düzülər, xonçalar bəzənər, evlər çıraqban olar. Milli musiqimiz çalınar. Rəqslər olunar. Milli musiqinin təsiri heç vaxt insandan aralanmaz. Ana övladlarını da milli musiqimizə aşina edər.

Ana mütəəssib deyil, nikbindir. Əqidəli həyatpərvər və dünya tərəfdarıdır. Ana xalqının ucalığına, ağıl və istedadına tabe bir halda şükürlər edər. Belə olan halda uşaqlar hər bir xurafatdan uzaq olub həqiqi bir təsəvvürə malik olurlar. Belə bəslənmiş balalar diriliyi sevirlər, bu dünyanın xoşbəxtliyini düşünüb ona tərəf meyl və həvəs göstərirlər.

Ana insaniyyətin məşəl aparanıdır. Bu nə qədər qabil olsa, bir o qədər insaniyyətin getdiyi yolu lazımınca işıqlandırmağa qadir olar. Bunu həqiqi analar gözəlcə düşünürlər və çalışırlar ki, daha da qabil və kamil olsunlar."
1914-cü il. .


İmza:

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

YOLUXMUŞLAR - Nicat Novruzoğlu yazır

Bizim müğənnilər, hardasınız? - Murat Bozdan nümunə götürün!

Təkrarını gözlədiyimiz şərəf dönəmi - Aprel döyüşlərinin zabitləri ilə söhbət!

Koronadan daha qorxulu xəstəlik - soyqırım! - Emin Piri yazır

Siz onları yox, onlar sizi seçdi... - Soner Yalçın

Xalq artisti koronavirusu alqışladı: “Təbiət öz qucağını necə də gözəl təmizlədi”

Dərdim, kədərim, dərdli səhərim, KƏLBƏCƏR!-27 ilin ağrısı...

Prezident: “Pandemiya Azərbaycanda geniş vüsət alarsa, bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır”

Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib

SON XƏBƏRLƏR
2020-04-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir azərbaycanlı alim deyir ki, ərlə arvad koronavirusa yoxulmamaq üçün ayrı-ayrı otaqlarda yatırlar.

Əgər ailənin bir otağı varsa, biri balkonda yatmalıdır onda?

Sms-lə icazə alıb 2 saat bir otaqda yata bilərlər?



digər lətifələr
ARXİV
FACEBOOK