ANA SƏHİFƏ / YAZARLAR

Nicat NOVRUZOĞLU: İşsiz deputat

55377    |   2020-01-31 09:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mən seçiciyəm. 16 saylı Yasamal ikinci seçki dairəsində seçirəm. Həmişə seçmişəm. İndi də seçəcəm. Növbədənkənar olsa da.

Bizim dairəyə düşən kreslonun üstündə mübarizə aparanlar 25 nəfərdi. Səsimiz istəyirlər. Çıxartmağımızı yox, verməyimizi. İyirmi beşi də inanır ki, ona səs verəcəyik. Çünki nə danışırlarsa hamısına başımızla razılıq bildirik.

25 nəfər hər gecə yuxusunda kreslo görür. Sağa fırlanırlar, sola fırlanırlar.

Fırlanmayın. O kreslolar fırlanmır. Onlar ya dala gedir, ya da ki, qabağa. Gördüyümü deyirəm (yazıram).

Yəqin, yuxularında basırlar da. Düyməni deyirəm. Səsvermə düyməsini.

Onları qınamaq olmaz. Gün ərzində bir belə ki, kreslo, düymə fikirləşirsən mütləqdir ki, yuxuda da onları görməlisən, fırlanmalısan, basmalısan. Təbiidir.

16-da seçmək hüququ olan 35 min 257 nəfərik. Məntəqədə isə 1180 nəfər. Keçən dəfə Aytən Mustafazadəni seçmişik. Bu dəfə qatılmayıb.

Qatılanları tanımıram. Seçkiyədək hansını yuxuda görsəm ona səs verəcəm. Lap işsiz də olsa.

İşsiz dedim o gün məhlədə qarşımı kəsənlər düşdü yadıma. İki nəfər idi. Əvvəl elə bildim qaz sayğaclarını dəyişənlərdir. Qazlı gəlirdilər. Sonra məlum oldu ki, biri namizəd olmaq istəyir. Qol çəkdirir. Qeydiyyat üçün.

Cavan oğlan idi. Dedim, ay bala, sən kimsən, hansı peşənin sahibisən? Dedi ki, indi işləmirəm. Amma əvvəllər müxtəlif yerlərdə işləmişəm. Axırıncı iş yerim bank olub. İndi özümü deputatlıqda sınamaq istəyirəm. Sənəd uzadıldı mənə ki, bəs imzala. "Şəxsiyyət vəsiqəm üstümdə deyil” cavabı indiyənəcən dediyim ən müxtəlif yalanlarımın sırasında ürək "layk”ı qazandı. Yalanım özümə ləzzət elədi. Namizəd olmaq istəyən o dəqiqə yanımdan çəkilib digər qapını döyməyə getdi. Tələsirdi. Yəqin, o da başqaları kimi qeydiyyat vəsiqəsini alıb sosial şəbəkələrdə forslananların sırasına qoşulmaq istəyirdi.

Gənc gedəndən sonra fikirləşdim ki, çətin namizədliyi üçün imza topalaya. Hansı işsiz işsizə imza atar. İşsiz ümidini deputata bağlayır. Deputat da işsiz oldusa day nooldu?!

Gün keçdi namizədlərin siyahısı işıqlandı. Baxam görəm ki, bizim dairədə nə az, nə çox 7 nəfər işsizin namizədliyi qeydə alınıb. Təsəvvür edirsiz? 25 nəfərdən 7-si işsizdir. Bu edir həmin dairədən namizədlərin təxminən 30 faizi.

İndi qələmimi qarşıma qoyub fikirləşirəm. Əcaba, bu camaat bu işsizlərin kağızına necə imza atıb, nə deyib imza atıb?! İşsiz işsizdən nə gözləyir? Bəlkə də işsizin işsizə bir dəstəyidi bu.

Keçdim ölkə üzrə növbədənkənara namizədləri çək-çevir etməyə. Məlum oldu ki, 1374 namizəddən təxminən 269-u Mərkəzi Seçki Komissiyasında işsiz kimi qeydə alınıb. Bu da edir təxminən ümumi namizədlərin 19 faizi.

Sual çoxdu. Bu haqda fikirləşin. Sizdə də xeyli sual doğacaq.

İşsizdə çətin pul ola. Heç biz işləyirik pulumuz yoxdu. Təbliğat və təşviqatın babat pul aparacağı mübarizədə bu işsizlər nə düşüblər ortalığa bilmirəm. Noolsun ki, namizədliyi qeydə aldırmaq asandır. Bu asanlığın altında bir məsuliyyət var axı... Bu məsuliyyəti dərk etməyən işsizə imza atmağın özü elə məsuliyyətsizlikdi.

Qərarım qətidi. Mənə işsiz deputat lazım deyil. Heç yuxuma da girsə, onlara səs verəsi deyiləm.

Amma birdən işdi, səs verib onları seçsək kef olar. O dəqiqə gündə parlamentə bir ad qoyan ağzıgöyçəklər başlayacaqlar ki, işsizlər parlamenti belə getdi, işsizlər məclisi belə etdi. Hələ bunun işsiz deputatın qapısına getməyi var. Get işsiz deputatdan iş istə gör sənə nə deyəcək. Qayıdacaq ki, get gələn seçkiləri gözlə, bəlkə səni də seçdilər. Onda işsizliyin daşını atarsan. Olarsan deputat.





İmza:

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2020-05-28


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK