hacklink Adalet.az | Yazıçı Seyran Səxavət ittiham etdi Adalet.az | Yazıçı Seyran Səxavət ittiham etdi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Yazıçı Seyran Səxavət ittiham etdi

“Bu adam özünü apara bilmirsə, çağırdığı qonaqların vasitəsilə tamaşaçıları hara apara bilər?”

7625    |   2019-12-02 15:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yazıçı Seyran Səxavət Lider TV-nin efirində yayımlana "Qum saatı” verilişinin aparıcısı, aktyor Elçin Cahangirli tərəfindən aldadıldığını bildirib.

S.SəxavətModerator.az-ın redaksiyasına zəng vuraraq aparıcı E.Cahangirlinin ona qarşı etdiyi hörmətsizliyi heç cür həzm edə bilmədiyini deyib:

"Aparıcı Elçin Cahangirli mənə zəng vurub ötən həftə yayımlanan verilişinə dəvət etdi. Mən də soruşdum ki, mövzu nə olacaq? O, da dedi ki, şəhidlərlə bağlıdır. Şəhidlər isə elə bir müqəddəs mövzudur ki, hamımız ora dizin-dizin, sürünə-sürünə getməliyik. Mən Mərdəkan kimi bir yerdə yaşayıram və burdan Bakıya gəlməyin özü də ayrı bir problemdir. Hazırlaşırdım ki, verilişə gəlim aparıcı zəng vurub dedi ki, bu mövzu sonraya qaldı. İki sonra yenidən zəng vurub dedi ki, "Qarabağ və vətənpərvərlik” adlı mövzumuz var və sizi verilişə dəvət edirik. Bu da bizim üçün vacib bir mövzuydu, çünki şəhidlərimiz elə Qarabağ uğrunda şəhid olublar. Mən də söz verdim ki, verilişə gələcəm və bunun üçün bir saat vaxt ayıra biləcəyimi bildirdim.




Veriliş deyilən vaxtdan da gec başladı və gördüm ki, üç xanəndə və bir aktrisa qonaqdı. Baxdım ki, bunlar tamamilə başqa şeydən danışır. Sonradan öyrəndim ki, hansısa təşkilat E.Cahangirliyə seriala çəkildiyinə görə mükafat verib və verilişi də o özünə həsr edib. Mənə isə demişdi ki, mövzu Qarabağ olacaq və verilişdə də iki nəfər qonaq olacaqsınız. Sonradan başa düşdüm ki, mövzu başqadır və ayağa durub E.Cahangirliyə dedim ki, "axı sən məni Qarabağ mövzusuyl bağlı çağırmışdın, nə oldu?” O, da sırtıqcasına cavab verdi ki, "nə olsun e, bu da verilişdi də”. Hesab edirəm ki, bu mənəvi dələduzluqdur və Lider televiziyasının rəhbərliyi bu barədə fikirləşsin, çünki bu kanal bizim ortada olan kanallardan biridir və yaxşı verilişləri də var. Yəni bu cür yalançı, mənəvi dələduz aparıcılar Lider televiziyasını ancaq yalançılığa, sözünün üstündə durmamağa, adamları aldadıb verilişə çağırmağa aparıb çıxara bilər. Bu adam heç özünü apara bilmirsə, bizi ora çağırdığı qonaqları və onların vasitəsilə tamaşaçıları hara apara bilər? Bunu Allah bilir. Mən öz narazılığımı bildirirəm və düşünürəm ki, bu cür adamları televiziya məkanından uzaqlaşdırmaq lazımdır. Lider TV-nin prezidenti Ədalət Əliyevdən xahiş edirəm ki, bu barədə ölçü götürsün, çünki o, adam telekanala yaraşmır”.



İmza:
SON XƏBƏRLƏR
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK