hacklink Adalet.az | Agentlik sədri: Müəllifə ödənilməli qonorarla bağlı böyük problem bizi narahat edir Adalet.az | Agentlik sədri: Müəllifə ödənilməli qonorarla bağlı böyük problem bizi narahat edir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Agentlik sədri: Müəllifə ödənilməli qonorarla bağlı böyük problem bizi narahat edir

3163    |   2019-10-29 11:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Müasir dünya müəllifə ödənilməli qonorarla bağlı böyük problemlə rastlaşır. Ən vacibi odur ki, qonorar müəllifləri razı salmır. Biz bu problemlərlə Azərbaycanda da rastlaşırıq və yaranan vəziyyət bizi - Əqli Mülkiyyət Agentliyini dövlət qurumu olaraq, narahat etməyə bilməz.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə birgə keçirilən "Müəlliflik hüququ və əlaqəli hüquqların kollektiv əsasda idarə edilməsi: əsas prinsiplər və beynəlxalq təcrübə" mövzusunda beynəlxalq regional seminarda söyləyib.

Onun sözlərinə görə, müəlliflik hüququ fərdi, xüsusi hüquqdur və bu hüquqların sərəncamçılığını müəllif özü həyata keçirir. Lakin istifadəçilər dairəsinin genişlənməsi ilə və hüquq sahibinin istifadəyə nəzarəti həyata keçirə bilmədiyi halda, hüquq sahibləri ictimai təşkilatlar - əmlak hüquqlarının kollektiv idarəetmə təşkilatlarını yaradır və hüquqların təmsilçiliyini onlara həvalə edirlər.

Agentlik sədri əlavə edib ki, dövlət başçısının uzaqgörən və düşünülmüş siyasətinə əsaslanan iqtisadi islahatların yeni dalğası sosial-iqtisadi həyatımızı yaxşılaşdırmaqla yanaşı, Azərbaycanı dünyada tanınmış islahatçı dövlətlər sırasına yüksəldib:

"Azərbaycan "Doing Business-2019" reytinqinə görə 190 ölkə arasında 25-ci yerdə, o cümlədən "biznesin başlaması" göstəricisi üzrə 9-cu, "kiçik investorların maraqlarının qorunması" üzrə 2-ci, "vergilərin ödənilməsi" üzrə 28-ci yerdədir. "Doing Business-2020" hesabatında Azərbaycan yüksək nəticə ilə 34-cü yeri tutaraq, hətta "kreditlərin əlçatanlığı" göstəricisinə əsasən, birincidir və islahatçı 20 ölkə sırasına daxil edilib.

Dünya İqtisadi Forumunun "Qlobal rəqabətqabiliyyətlilik indeksi–2019" hesabatında Azərbaycan 11 pillə irəliləyərək, 141 ölkə arasında 58-ci yeri tutur və 12 indikatordan 8-i üzrə irəliləyib. Bununla da ölkənin inamlı innovasiyalı inkişafı təsdiqlənir. Belə ki, Azərbaycan qanunvericiliyin effektivliyi subindeksinə görə 13-cü, rəqəmli biznes modellərinə hüquqi çərçivənin uyğunlaşması üzrə 23-cü, hökumətin dəyişikliklərə olan reaksiyası üzrə 5-ci və hökumətin gələcəyə yönəlmiş fəaliyyətinə uzaqgörənliyinə görə 10-cu yerləri tutur".

Kamran İmanov bildirib ki, son rəqabətqabiliyyətlilik indeksinə əsasən, Azərbaycan "əqli mülkiyyətin qorunması" göstəricisi üzrə 141 ölkə arasında 30-cu yerdə qərarlaşıb. Burada diqqəti cəlb edən odur ki, 2015-2016-cı illərdən, yəni islahatların yeni mərhələsindən başlayaraq, bu göstərici ardıcıl olaraq yaxşılaşır. 2015-ci ildə 92-ci yerdən 2016-2017-ci illərdə – 71-ci, 2017-2018 – 37-ci, sonra 36-cı və nəhayət 2019-cu ildə 30-cu yerdə qərarlaşıb. Buna paralel olaraq, patent sifarişlərində də artım görünür.

Agentlik rəsmisi vurğulayıb ki, bu ilin oktyabr ayında ÜƏMT-nın Baş Assambleyasında Azərbaycan Büdcə və Proqram Komitəsinə seçilib, rotasiya əsasları ilə Koordinasiya Komitəsində təmsil olunacaq və Azərbaycanın nümayəndəsi ilk dəfə olaraq, müəllif hüququ üzrə 1886-cı ildən qüvvədə olan və 170 ölkəni birləşdirən məşhur Bern Konvensiyası Assambleyasının sədri vəzifəsinə layiq görülüb:

"Söylədiyim faktlar ölkəmizin əqli mülkiyyət sahəsində və xüsusən müəllif-hüquq istiqamətində nüfuzunun bariz nümunələridir.

Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin islahatlarının dərinləşdirilməsinin qiymətləndirilməsidir, islahatların davamlılığına verilən beynəlxalq dəyərdir, bir tərəfdən dövlət başçımızın iqtisadi strategiyasının doğru yolda olmasıdır, digər tərəfdən institusional islahatların həyata keçirilməsinin nəticəsidir".

K.İmanovun sözlərinə görə, kiçik və orta biznes subyektlərində innovasiyaların stimullaşdırılması, əqli mülkiyyət – təlim mərkəzləri, patent sifarişçilərinin ilkin axtarış və ekspertizanın öyrədilməsi, startaplar və spinautlar üçün vergi preferensiyaları, milli brendlərin təbliği və "one-stop-shops” prinsipi üzrə rəqəmsal müəllif hüququnun idarə edilməsi, kitabxananın rəqəmsallaşdırılması məsələlərini daim diqqət mərkəzində saxlanmalıdır. Ən vacibi isə texnologiyaların transferi və kommersiyalaşdırılması Mərkəzlərinin və İnnovasiyalara dəstək Mərkəzlərinin yaradılması və onların fəaliyyəti üzrə genişmiqyaslı işləri sona çatdırılmalıdır.




İmza:

Şəhid adından istifadə edən dələduzla bağlı araşdırma aparılır

Azərbaycanda Təhsil Nazirliyi nəzdində idarəetmə qrupu yaradılıb

Kəramət Böyükçöl: "Mən Qarabağa görə vuruşmaram!" - MÜSAHİBƏ

MİRZƏ CƏLİLLƏ BAĞLI BİR QALMAQALI DA BİZ YARADAQ

Fərid Abdullah: Qadınlar, beşmərtəbəli evin altıncı mərtəbəsinə qalxmayın

Elşən Musayev: "Mühacir sənədinin topdan qiyməti neçəyədir?" - VİDEO

Agentliyin İdarə Heyətinin sədri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Səfir Ukraynada nəsimişünas şairi ziyarət edib

QMİ sədri : Erməni dini liderləri razılaşmalara əməl etmir

Prezident iki quruma pul ayırdı

Əbülfəs Qarayev Parisdə rəsmi görüşlər keçirib

Moskvada MDB ölkələri Təhlükəsizlik şuraları katiblərinin iclası keçirilib

SON XƏBƏRLƏR
2019-11-21
2019-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK