ANA SƏHİFƏ / İDMAN

İlk dəfə azərbaycanlı idmançı Cenevrə marafonunda iştirak edib

22376    |   2019-05-14 17:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Cenevrədə UNICEF-in himayəsi ilə ənənəvi 42,195 kilometrlik "Harmony Genève Marathon for Unicef” marafonu keçirilib.

Bu marafonda ilk dəfə azərbaycanlı idmançı – Ayla Səid iştirak edib.

Cenevrə marafonunda 15 minədək atlet iştirak edir. Xeyriyyə məqsədi daşıyan marafon Alp dağlarının ən iri su hövzəsi olan Cenevrə gölünün sahili ilə keçir.

Azərbaycanlı idmançını sözlərinə görə, xeyriyyə fəaliyyəti bütün cəmiyyətlərdə dəstək görür:

"Mən də içməli suya ehtiyacı olan uşaqlara dəstək işinə öz töhfəmi vermək istədim. Cenevrə dəniz səviyyəsindən 375 metr yüksəklikdə yerləşir. Bilirdim ki, bu məsafəni qət etmək asan olmayacaq. Amma çətin məsafələri sevirəm, onlar məni daha da güclü edir”.

A.Səid bildirib ki, bu, onun sayca onuncu marafonu olub:

"Say çox deyil, amma mən heç bir yarışı yarımçıq saxlamamışam və diskvalifikasiya olunmamışam. Nəticələrim də pis deyil. Mən qaçmağa yeni-yeni başlayanda, deyirdilər ki, boyum marafon üçün hündürdür. Mən bir dəfə 43 gün ərzində dörd marafon qaçışında iştirak etmişəm. Onlardan üçü tam marafon, biri isi yarımmarafon idi”.




İmza:
SON XƏBƏRLƏR
2020-06-02
2020-06-01


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK