SON DƏQİQƏ:

SiZ NƏSiNiZ?

  48075   |  
Şriftin ölçüsü  
Qərbin müstəmləkəçi qüvvələrinin rəhbər işçiləri uluslar arası yığıncaqlarda nüvə silahlarının ixtisar edilməsi, kloroflorokarbon qazlarının buraxılması və s. ilə bağlı müzakirələrdə tez-tez bu ifadələri işlədirlər: "Bu dünya hamımızındır, bu dünyanı qorumalıyıq. Çünki hamımız burada yaşayırıq, təbiətin tarazlığını daha artıq təxrib edə bilmərikg və s. və s..."
   
   Gedib adamların yaxasına yapışıb gözünün içinə baxa-baxa sual verəcəksən:
   
   "Ağalar, dediklərinizdə səmimisiniz?!"
   
   Amerika qitəsi tapılandan sonra oranın yerli xalqını, yəni qızıldərililəri və aztekləri soyqırımla məhv edib axırına çıxdınız. Yüzillər boyu gücünüzün çatdığını vəhşicəsinə əzib çığnadınız. Xirosima və Naqazakidə ilk dəfə atom bombasını partladıb on minlərlə insanı bir anda məhv edərək soyqırım törətdiniz. O gündən üzübəri də silahlanma yarışını imperialist psixozunuzu təmin etmək məqsədiylə sürətlə yeridirsiniz...
   
   Əvvəlcə gəmilərlə və əsrin ən müasir silahlarıyla altdan geyinib üstdən qıfıllandınız qul ovuna çıxdınız. Tuta bildiyiniz yazıq Afrikalıları aparıb əsir bazarlarında satdınız. Satın aldığınız kölələrə hər cürə insana zidd əməlləri rəva bildiniz. İçinizdə dünyaya gəlib böyüyən və sizə xidməd edən o yazıqların dərisinin rəngi qaradır deyə onların sizinlə eyni avtobusda, qatarda, gəmidə səyahət etməsinə, eyni məktəblərdə təhsil almasına, eyni kilsələrdə ibadət etməsinə, eyni məhəllələrdə yaşamasına, eyni yeməkxanalarda yemək yeməsinə və s. şiddətlə müxalifət etdiniz, qoymadınız. Kefiniz istəyəndə onları vəhşicəsinə döyə-döyə qətlə yetirdiniz və "zənci də insandırmı, onu öldürdüyümə görə heç kəs mənə sorğu-sual edə bilməz" deyə sinənizi gərə-gərə öz ağlınızca fəxr etdiniz.
   
   Aradan illər ötdü və fikirləşə-fikirləşə yeni-yeni şeytanlıqlar tapdınız. Əllərinizə babalarınız tərəfindən təhrif olunmuş müqəddəs İncilləri alıb Afrikaya apardınız. Yazıq təmiz ürəkli afrikalılar qarşısında tiragikomik oyunlar səhnəyə qoydunuz və min bir cildə bürünüb onlara bir vaxtlar keşişlərinizin cənnətin açarlarını avam xalqınıza satdığı anlardakı saxtakarlıqlarla yaxınlaşıb; "Sizi o biri dünyada xilas edəcək dini gətirdik, gəlin bu dinə girin və o biri dünyada xoşbəxtliyə nail olun, cənnətin açarı bizdədir, bizim dediklərimizə fikir verin və biz də sizə əl tutaq, Allah dostu eləyək" deyərək, yazıqları Allah və dindən öz maraqlarınız uğrunda sui-istifadə edərək aldatdınız. Afrikalı bir zənci liderin dediyi kimi, siz oralara gedərkən əllərinizdə İncilləriniz, onların əlində isə məhsuldar torpaqları vardı. Siz İncilləri onlara verdiniz, onların əlindəki torpaqları aldınız. Aldınız, ancaq öz torpaqlarında qarın toxluğuna işlətdiyiniz insanların insan kimi qidalanmasına belə dözə bilmədiniz. Hər il müxtəlif yarışmalar təşkil etdiniz, edirsiniz. Ac qoyduğunuz afrikalı uşağın ölməsini arxada yerə qonmuş halda gözləyən qartalı və uşağın şəklini çəkən adamınıza "çox gözəl və maraqlı şəkil çəkmisən" deyərək mükafat da verdiniz. Afrikanı bir başdan bir başa addım-addım böldünüz və hər birinizin payına düşəni götürdünüz, hətta bu bölüşmələr uğrunda iki dünya hərbi yaradaraq bir-birinizi boğazladınız, vampirlər kimi qanınızı içdiniz. Neçə on milyonlarla məhv olmuş ocaqlardan, yerlə-yeksan olan dünyalardan, anasız, atasız, yarsız-yoldaşsız, kimi-kimsəsiz qalan məsum insanlardan daşa dönmüş ürəklərinizlə dərs almadınız. Müstəmləkəçi qursağınız iyrənc materializm lığına elə bulanıbdır ki, dünyada heç nəyi vecinə almayan acgözlüyünüzü təmin üçün yeni-yeni ocaqları söndürməkdən indi də imtina etmirsiniz. Afrika hələ də oyuncağınızdı. Şeyxlikdən, krallıqdan və öz xanədanlığından savayı özgə bir dünya nizamını qəti şəkildə ağlına da gətirməyən, gözü korşalmış və cəhalətin pəncəsindəki ərəb dünyasını barmağınızda oynadırsınız. Helikopterlərlə gətirib dövlət rəhbərliyi taxtına oturtduğunuz insanları iyirmi il sonra "kütləvi qırğın silahlarınız vardır, demokrat deyilsiniz, insan hüquqlarını tapdalayırsınız" bəhanəsiylə aradan götürürsünüz və guya gətirdiyiniz demokratiya ilə onların xalqından hər gün orta hesabla yüzlərlə insanı qətlə yetirdirsiniz. Ən böyük şəhərlərinizdə və paytaxtlarınızda uyuşdurucu maddələrin satıldığı və istifadə edildiyi sahələr yaradırsınız. Uyuşdurucu maddə ticarətinin cilovunu əlinizdə saxlayırsınız və istədiyiniz ölkəyə istədiyiniz qədər uyuşdurucu maddə soxursunuz. Sonra da ayağa durub müəyyən ölkələrə, yəni yeraltı sərvətləri istənən qədər bol olan ölkələrə, "uyuşdurucu maddələri istehsal edib insanları zəhərləyirsiniz, bu səbəblə sizə demokratiya gətirəcəyik, sizə insanlığı sevməyi və onu qorumağı öyrədəcəyik" deyib oraları işğal edir və yenicə buraxdığınız silahlarınızı oralardakı yazıq insanların üstündə sınayırsınız. Onları insan yox, silahlarınızı üstündə sınadığınız sınaq məxluqatı gözündə görürsünüz. Sonra da durub, tarixi insan sevgisiylə dolu, hər xalqa, hər millətə, hər mədəniyyətə nəhayətsiz meydan buraxan, onları kölgəsi altında yüzillər boyu firavan və xoşbəxt yaşadan bizlərə "barbar, soyqırımçı" adını qoyursunuz.
   
   Sizdə nə üz varmış İlahi...?!
   
   Düz yüz ildir axtardığınız halda bizim soyqırımçı olduğumuzu sübuta yetirəcək bir dənə də sənəd tapmadığınızı bilə-bilə üzünüz qızarmadan və yalan dediyinizi bilə-bilə bizi ittiham edirsiniz.
   
   Dünən Xocalıda törətdirdiyiniz soyqırımı ağlınıza da gətirmirsiniz...
   
   Doğrudan da, siz nəsiniz!..

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-08-04

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 31 24, 17, 10, 03, 01,
June: 26, 24, 22, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK